Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
16-09-2019, 09:26 Oxunub: 231

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Bu gün Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayır.

Təlimlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında baş tutan genişmiqyaslı əməliyyat-taktiki təlimlərə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələri cəlb edilib.

Təlimlər zamanı dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilən ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təlimlərə 10000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlər zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilir.

Təlimlərdə əsas diqqət qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilir.

Genişmiqyaslı təlimlər sentyabrın 20-də başa çatacaq.
XƏBƏR LENTİ
Dünən, 19:22 | Novxanı sakinlərinə şad xəbər - yeni kanalizasiya xətləri çəkilirDünən, 17:22 | 58 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcəkDünən, 16:54 | Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilibDünən, 14:27 | Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün14-10-2019, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb14-10-2019, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkib14-10-2019, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıb14-10-2019, 12:09 | Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıb14-10-2019, 12:00 | Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib11-10-2019, 15:33 | İradə Gülməmmədova Görədil sakinlərilə görüşdü10-10-2019, 16:23 | Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib10-10-2019, 15:43 | Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır10-10-2019, 11:52 | Səyyar “ASAN xidmət” Xırdalanda10-10-2019, 11:42 | Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”10-10-2019, 11:40 | Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib10-10-2019, 10:21 | Əli Əsədov Baş Nazir kimi ilk onunla görüşdü10-10-2019, 10:17 | Noyabrda ardıcıl 3 gün iş olmayacaq10-10-2019, 10:04 | Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb10-10-2019, 09:57 | Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib10-10-2019, 09:48 | Türkiyə hərbçiləri terrorçulara məxsus 181 sığınacağı məhv edib9-10-2019, 16:03 | Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər9-10-2019, 15:52 | Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib