Prezident İlham Əliyev bu ilin yayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovun ailəsinə yeni mənzil verilməsi barədə baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənova tapşırıq verib.
Bunu Mingəçevirdə jurnalistlərə açıqlamasında Əli Həsənov özü bildirib. Onun dediyinə görə prezident hətta evləri olsa belə hər üç şəxsin ailəsinin yeni mənzillə təmin olunmasını tapşırıb.