Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan xalqı hər zaman dövlətinə arxalanır və Prezidentinin yanındadır

Tarix:16-07-2020, 21:48

Azərbaycan xalqı hər zaman dövlətinə arxalanır və Prezidentinin yanındadır

Ermənistan silahlı qüvvələri öz mənfur əməllərinin davamı olaraq iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunda təxribata əl atdı. Hərbi təxribatın qarşısı ən qısa müddətdə müzəffər ordumuz tərəfindən alındı. Növbəti günlərdə də ermənilərin layiqli cavabı verildi və düşmənin çoxlu sayda hərbi texnikası, müdafiə qurğuları və canlı qüvvəsi sıradan çıxarıldı.

Bu fikirləri AbşeronXəbər-ə açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın güclü, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə tam hazır, nizami ordusu var. Azərbaycan Ordusu hər zaman düşmənə lazımi cavab verməyə, ərazi bütövlüyümüz uğrunda vuruşmağa həm canlı qüvvə, həm də maddi-texniki baza baxımından hazırlıqlıdır. Ordumuz bunu 2016-cı ilin şanlı Aprel döyüşlərində də mənfur düşmənə sübut edib.

Ş.Seyidzadə bildirib ki, güclü və nizamlı ordunun arxasında daim vətənpərvərliyi və mərdliyi ona dəstək olan xalq durur. Xalq da son döyüşlər zamanı öz birliyini, əsgərlərimizə dəstəyini bir daha göstərdi. Bir gecə ərzində paytaxtın müxtəlif yerlərində yüzlərlə, minlərlə şəxs küçələrdə “Qarabağ” deyərək yürüş etdi. Bu, igid əsgərlərə, ölkə başçısına dəstək və birliyin nümayişi olmaqla düşmənə bir daha Azərbaycan xalqının möhkəmliyini göstərdi.

Azərbaycanın regionda bütün sahələrdə güclü ölkə olduğunu vurğulayan deputat bildirib ki, ölkəmiz müstəqil daxili və xarici siyasət yürütməklə inkişaf edir və öz gücünə arxalanır: “Əmin-amanlıq, təhlükəsizlik və sabitlik müstəqillik dövründə gənc ölkəmizin ən böyük uğurlarındandır. Hər nə qədər pandemiya dövrünün təhlükəsi göz önündə olsa da, xalq birləşərək, milli iradə, vətənpərvərlik nümayiş etdirərək güclü, əyilməz olduğumuzu dünyaya sübut etdi.

Düşmənin növbəti təxribata əl atdığı bir vaxtda bizim birliyə böyük ehtiyacımız var. Məhz elə bu zamanda, elə bu məqamda hər kəs bu birliyi göstərdi. Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır”.

Deputatın sözlərinə görə, hər kəs öz birlik mövqeyini küçəyə çıxa bilməsə belə, bacardığı qədər, məsələn, sosial şəbəkələrdə göstərdi. Hər kəs müxtəlif vasitələrlə istər ermənilərin son təxribatı ilə, istərsə də Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı ilə bağlı həqiqətləri daha geniş ictimaiyyətə çatdırmaq üçün əlindən gələni etməyə davam edir. Bu məsələdə həm də siyasi partiyalar birləşərək ölkə başçısının vahid siyasətini dəstəklədiyini göstərdi. Bununla yanaşı, vətənpərvərlik, dəstək aksiyasına siyasi məzmun verilməsinə, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərilməsi yolverilməzdir. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Bu, həm dövlətimizin, həm ordumuzun gördüyü işlərə, həm də bu aksiyanın təşkilinə kölgə salmaq məqsədi daşıyırdı.

“Sərhəd ərazisində baş verənlərlə bağlı hələ uzun müddət təhlillər aparılacaq, müxtəlif mövqe və fikirlər səsləndiriləcək. Lakin bir mövqe artıq şübhəsizdir - hər kəsin Azərbaycan dövlətinin və Prezidentinin ətrafında birləşməsi reallıqdır”, - deyə Şahin Seyidzadə vurğulayıb.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib