Abşeron rayon Mədəniyyət Mərkəzində Mehdiabad qəsəbə musiqi məktəbinin saz ansamblı “ Koroğlu dastanı “ adlı hesabat xarakterli konsert proqramını təqdim edib. Tədbirdə Abşeron rayon icra hakimiyyəti başçısnın müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev, Mədəniyyət və turizim şöbəsinin müdiri İlham Manafov, Filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımov , Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhliman Rəhimov, ziyalıllar və rayon sakinləri iştirak ediblər.
Konsert Mehdiabad qəsəbə musiqi məktəbinin saz ansamblının ifasında "Koroğlu" operasının uvertürası ilə başlanıb. Ansanbılın ifasında səsləndirilən Koroğlu datsanı qonaqlar və izləyicələr tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə çıxış edən Aşıq Əhliman aşıq yaradıcılığına dövlətimiz tərəfindən göstərilən yüksək qayğıdan danışaraq bildirib ki, bu sahədə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər aşıq sənətinin nəinki ölkəmizdə, xaricdə də geniş təbliğinə imkan yaradır. Onun sözlərinə görə, 2010-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayında keçirilən və bütün türk dünyasını əhatə edən I Beynəlxalq Aşıq Festivalı bu cəhətdən olduqca təqdirəlayiqdir. Aşıq əlavə edib ki, 2009-cu ildən Azərbaycanın aşıq sənəti UNESCO-nun dünyanın qeyri-maddi mədəni irs üzrə reprezentativsiyahısına daxil edilib.
Daha sonra çıxış edən İ.Manafov və N.Qasımov Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan aşıq sənətinin tarixindən, çiçəklənməsindən, Abşeronda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərində aşıq siniflərinin yaradılmasından və saza marağın artmasından danışblar.