Rayonun 19 saylı uşaq bağçasında məktəb yaşına çatmış uşaqlarla vidalaşma mərasimi baş tutub. Bağçanın zövqlə bəzədilmiş böyük zalında düzənlənmiş tədbir milli geyimli uşaqların dövlət himnini oxumaları ilə başlayıb.
Giriş sözü ilə çıxış edən baxçanın müdiri Məhbubə Sadıqova hər il uşaqların buraxılış gününün keçirildiyini, uşaqların böyük həvəs və səylə hazlırlaşdıqlarını qeyd edərək, həmin tədbirlərdə uşaq baxçasının kollektivi, uşaqlar, onların valideynləri və yaxınlarının iştirak etdiyini bildirib. O, əlavə edib ki, bu il 5 qruplu bağçadan 47 nəfər məktəbə yollanacaq.
Rayon Təhsil Şöbəsinin Məktəbəqədər Təhsil Müəssisələri üzrə metodisti Samirə Məmmədova uşaqların bağçalarda qazandığı vərdişlərdən söz açaraq qeyd edib ki, bu gün yola salınan fidanlar illər öncə bağçanın qapısını açanda söz deməyə belə çəkinsələr də, indi onlar sərbəst danışır, rəqs edir, şeir söyləyir, mahnı oxuyur və digər bədii fəaliyyətlə məşğul olurlar.
Sonra meydan azyaşlılara verilib. Uşaqlar rəqs edib, şeirlər söyləyiblər. Daha sonra fidanlar qrup halında “Multikulturalizm ili” devizi altında keçirilən tədbir xalqların nümayəndələrinin nümayişi ilə tədbir iştirakçılarında maraqla qarşılanıb.