Abşeron rayonu son illərdə təhsilin inkişafına, müəllimlərin və şagirdlərin elmi tərəqqidə fəal iştirakına görə öndə olan rayonlardan biridir. Burada mütəmadi olaraq açıq dərslər, seminarlar və olimpiyadalar təşkil olunur. Bu qəbildən olan növbəti müsabiqədən də abşeron məktəbləri birincilərdən olmağı bacarıb. Belə ki, Qafqaz universitetində təşkil olunan İnformatika layihə olimpiyadasında respublika üzrə 8 film nümayiş etdirilib. Filmlər münsiflər heyyəti tərəfindən bal sistemi ilə qiymətləndirilib. Saray qəsəbə 3 saylı tam orta məktəbin informatika müəllimi Təranə İsmayılova və şagirdləri Rüfət Məmmədov, Gültac Məmmədova, Fərid Mirzəyevin birgə hazırladığı “Xeyirxah əməl” filmi qısa film kateqoriyası ilə Respublikada birinci yeri tutub. Qaliblər hədiyyələr, sertifikatlar və 3 qızıl medalla təltif olunub. Daha sonra Saray qəsəbə 3 saylı tam orta məktəbin müəlliməsi T.İsmayılova çıxış edərək bildirib ki, sözügedən filmin çəkilməsində əsas məqsəd gəncləri ehtiyacı olan yoldaşlarına yardım etməyə və bir-birlərinə əl tutmağa, bir sözlə xeyixah olub, xeyirxah əməllər etməyə çağırmaqdır.