Absheron Media
Haqqımızda Bizimlə əlaqə

17 saylı körpələr evi- uşaq bağçası 86 yetirməsini məktəbə yola saldı

Tarix:17-06-2016, 19:52

17 saylı körpələr evi- uşaq bağçası 86 yetirməsini məktəbə yola saldı

Xırdalan şəhərində yerləşən 17 saylı körpələr evi- uşaq bağçası 1976-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində minlərlə uşaq bağçada tərbiyə alaraq məktəblərə üz tutub. Hazırda burada 8 qrup - kiçik, orta, qarışıq və 5 məktəbəqədər qrup (4 Azərbaycan və 1 rus bölməsi) fəaliyyət göstərir. Həmin qruplarda 255 uşağın təlim-tərbiyyəsi ilə 26 tərbiyəçi-müəllim məşğul olur. Bağçada əsaslı təmir işləri aparılıb və hər cür ləvazimatlarla təmin olunub. Cari ildə 86 uşaq (20 nəfər rus bölməsindən) bağçadan məktəbə yola salınacaq. Bu münasibətlə təşkil olunan tədbirdə Rayon Təhsil şöbəsinin (RTŞ) müdir müavini Pərviz Əhmədov, RTŞ-nın Məktəbəqədər Təhsil Müəssisələri üzrə metodisti Samirə Məmmədova , bağçanın müəllim kollektivi, balacalar və onların valideynləri iştirak ediblər.
17 saylı körpələr evi-uşaq bağçasının müdiri Gülnar Nəbi çıxış edərək bağça dünyası ilə vidalaşaraq məktəb illərinə qədəm qoyacaq fidanlara uğurlar arzulayıb.
Sonra rus bölməsinin uşaqların ifasında müsiqili-əyləncəli tədbir başlayıb.
Onlar Vətənə, anaya, müəllimə, ana dilimizə aid şeirlər söyləyiblər. Uşaqların iştirakı ilə hazırlanmış bir neçə kompozisiya, milli rəqslərimizlə yanaşı əcnəbi rəqs nömrələri də nümayiş etdirilib.

Tədbirdə çıxış edən rayon Təhsil şöbəsinin müdir müavini Pərviz Əhmədov uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edib, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.

Rayon Təhsil Şöbəsinin Məktəbəqədər Təhsil Müəssisələri üzrə metodisti Samirə Məmmədova qeyd edib ki, hazırda Abşeronda 26 körpələr evi-uşaq bağçasında 2750 uşaq təlim-tərbiyyə alır. Onun sözlərinə görə, bu il 38 məktəbə hazırlıq qrupunda 760 nəfər uşaq məktəbə yola salınır ki, bunların da 100 nəfəri rus bölməsinin payına düşür.

Şamo Əliyev

17 saylı körpələr evi- uşaq bağçası 86 yetirməsini məktəbə yola saldı
17 saylı körpələr evi- uşaq bağçası 86 yetirməsini məktəbə yola saldı
17 saylı körpələr evi- uşaq bağçası 86 yetirməsini məktəbə yola saldı
17 saylı körpələr evi- uşaq bağçası 86 yetirməsini məktəbə yola saldı

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib