Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin uğurları ilbəil artır

Tarix:31-08-2016, 16:50

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin uğurları ilbəil artır

Abşeronun qabaqcıl təhsil ocaqlarından sayılan Xırdalan şəhər 2 nömrəli tam orta məktəb öz qapılarını 47 il əvvəl şagirdlərin üzünə açıb. Bu illər ərzində pedaqoji kollektivin gərgin əməyi və birgə səyləri ilə neçə-neçə uğura imza atılıb. Ötən dərs ilində isə məktəb ikinci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.Məktəbin ən böyük uğuru onun yetirmələridir. Abşeronda sayılıb-seçilən nüfuzlu ziyalıların böyük bir hissəsi vaxtilə məhz bu məktəbdə oxuyub. Onların arasında tanınmış alim, mühəndis, müəllim, psixoloq, həkim, iqtisadçı və digər peşə sahibləri də var.

Ədalət Camalova Xırdalan şəhər 2 saylı məktəbə təyinat aldığı gündən məktəbin fəaliyyətində mühüm dönüş yaranıb. Son üç ildə məktəbin ali məktəblərə qəbul üzrə göstəriciləri respublika və rayon göstəricilərindən yüksək olub. 600-dən yuxarı balla tələbə adını qazananların sayı ilbəil artır. Son üç ilə nəzər yetirək. 2013-2014-cü tədris ilində məktəbin məzunlarının 78 faizi ali məktəblərə qəbul olmuşdusa, 2014-2015-ci tədris ilində 81 faiz, 2015-2016-cü tədris ilində bu rəqəm 92 faiz təşkil edib. Bu il məktəbin məzunlarından 169 nəfər ali məktəbə sənəd verib, onlardan 155 nəfəri tələbə adını qazanıb. Tələbə adını qazananlardan 30 nəfər 500-700 intervalında bal toplayıb.O cümlədən 600-700 bal toplayan məzunların sayı 11 nəfərdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayandan sonra bir sıra maraqlı faktlar qeydə alınıb. Belə maraqlı faktlardan biri də eyni sinfi bitirən məzunların hamısının ali məktəbə qəbul olunmasıdır. Bu hadisə Xırdalanda qeydə alınıb.Belə ki, bu il Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin rus bölməsinin XI1 sinfini bitirən 21 nəfərin hamısı (2-nəfəri 600-dən yuxarı bal toplayıb), XI2 sinfini bitirən 20 nəfər məzunun hərbiri ali məktəbə sənəd verib, və tələbə adını qazanıb.

Hazırda məktəbdə 3851 nəfər şagirdin təlim-tərbiyəsi ilə 370-ə yaxın müəllim məşğul olur. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalıq tələb olunur. Məhz qazanılan uğurlarda müəllimlərin də əməyi danılmazdır. Məktəbdə dərsdən sonra da şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları fakültativ məşğələlərə cəlb etmək diqqətdə saxlanılır. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var qüvvəsi ilə çalışır. Bir məsələni də xüsusi qeyd edək ki, müəllimlər şagirdlərin milli dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, dünyagörüşlü gənclər kimi yetişmələrinə ciddi önəm verirlər.

Məktəbin direktoru Ədalət Camalova deyir ki, dünyanın heç bir ölkəsində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqlarla təchiz edilmir. Təhsilin inkişafı gənclərin gələcəyə hazırlanması deməkdir. Əgər Abşeron rayonunda təhsilin inkişafı üçün bu qədər tədbirlər görülürsə, yeni məktəb binaları tikilirsə, məktəblərin maddi-texniki bazası möhkəmləndirilirsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik. O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərinin həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbdə vəhdət təşkil edir. “Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri valideyn və müəllimlərlə birgə müzakirə olunur. Rəhbərlik etdiyim şəhər 2 nömrəli məktəb bu il də rayonda birinci sıraya çıxdı. Bu, müəllimlərimizin birbaşa uğurları deməkdir. Məktəbimizin şagirdlərindən 155 nəfərinin ali məktəbə qəbul olunması adi hal deyil, bütünlüklə kollektivimizin qələbəsi deməkdir. Bu qələbədə hamının zəhməti var”.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib