Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Tarix:3-11-2016, 15:02

Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Noyabrın 3-də Xırdalan şəhər 2 saylı tam orta məktəbin akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “ Narkomaniya ümumbəşəri bəladı” mövzusunda keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Ədalət Camalova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib

Məktəbin müəllim və şagirdlərinin, Abşeron RİH-nin ,Abşeron RPİ-nin,Abşeron RTŞ-nın əməkdaşlarının,Abşeron rayon Gənclər və İdman idarəsinin,mətbuat nümayəndələrinin , həmçinin valideynlərin iştirak etdikləri tədbirdə narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirdi ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Abşeron rayon Polis idarəsinin rəis müavini Elçin Rəcəbov çıxış edərək vurğulayıb ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.

Abşeron Rayon İcra Hakimiyyətin Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib. H.Mikayılov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıb ki, Rayon İcra Hakimiyyəti tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir

Rayon Polis idarəsinin narkotiklərlə mübarizə qrupunun baş inspektoru polis baş leytinatı Seymur Usublu çıxış edərək qeyd edib ki, narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev ümumi kontekstdən geniş çıxış edərək gənc nəslin qarşılaşdığı ən dəhşətli bəla olan narkomaniyanın dəhşətli zərərlərindən və dövlətimizin bu bəlaya qarşı apardığı intensiv və şiddətli mübarizədən danışıb. O, çıxışında həmçinin gənc nəslin qəniminə çevrilən bu ümumbəşəri bəlaya qarşı dövlətimiz tərəfindən aparılan maarifləndirmə və önləmə tədbirlərindən, dövlətimizin həyata keçirtdiyi əməli işlərdən, həmçinin Abşeron Gənclər və İdman İdarəsinin üzərinə düşən işlərin icrasından danışıb. Abşeron rayonunda da rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədovanın da rəhbərliyi ilə dövlət başçısı möhtərəm cənab Prezidentin siyasətinə uyğun şəkildə rayonun gənclər siyasətində mühüm uğurlar əldə olunmuş və bu sahədə təqdirəlayiq işlər görülür. Ə.Əmirəliyev çıxışında bildirib ki‚ bütün ölkə daxilində olduğu kimi‚ Abşeron rayonunda da gənclər dövlət dəstəyini hiss etməkdədir..

Daha sonra məktəblilərin ifasında təşkil olunmuş “ Narkomaniyaya yox deyək ” adlı bədii kompozisiya və “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olunub.

Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib