Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir

Tarix:30-11-2016, 17:45

Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir


Abşeronda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində noyabrın 30-da Xırdalan şəhər 10 saylı tam orta məktəbin akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “ Narkomaniya ümumbəşəri bəladı” mövzusunda keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Xırdalan şəhər 10 saylı tam orta məktəbin direktoru Elnarə Həsənova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib

Məktəbin müəllim və şagirdlərinin, Abşeron RİH-nin ,Abşeron RPİ-nin,Abşeron RTŞ-nın əməkdaşlarının,Abşeron rayon Gənclər və İdman idarəsinin,mətbuat nümayəndələrinin , həmçinin valideynlərin iştirak etdikləri tədbirdə narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirdi ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.


Rayon Polis idarəsinin narkotiklərlə mübarizə qrupunun baş inspektoru polis baş leytinatı Seymur Usublu çıxış edərək qeyd edib ki, narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Abşeron Rayon İcra Hakimiyyətin Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib. H.Mikayılov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıb ki, Rayon İcra Hakimiyyəti tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir

Mərkəzi rayon xəstəxanasının həkimi Hikmət Əlicanov insan həyatına və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər, yeni müalicə üsulları və ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik barədə geniş məlumat verib.
Abşeron rayon Polis idarəsinin rəis müavini Elçin Rəcəbov çıxış edərək vurğulayıb ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. O,həmçinin qeyd edib ki,tədbirin keçirilməsinin əsas məqsədi şagirdləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, gənclərin sağlamlığını ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaqdır.

Daha sonra “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olunub.

Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb.

Şamo Əliyev

Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir
Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir
Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir
Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir
Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir
Xırdalanda  “Narkomaniya ümumbəşəri bəladı” mövzusunda tədbir

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir