Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Tarix:22-12-2016, 17:50

"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra Xırdalan şəhər 8 saylı tam orta məktəbin direktoru Roza Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamladı və “Narkomaniya ümumbəşəri bəladır mövzusu” ilə bağlı qısa məlumat verdi. Sonra şagirdlərə hazırladıqları “Narkomaniyaya yox deyirik” adlı səhnəcik tədbir iştirakçılarına təqdim olundu.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Abşeron rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupununn baş inspektoru, polis mayoru Elbrus Əhmədov bildirdi ki, narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Təəssüflər olsun ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Ötən il respublikamızda 26 min 717 nəfər narkoman qeydə alınıb ki, onların da 60 faizdən çoxu gənclərdir. Həmin narkomanların təxminən 70 faizi dispanser uçotundadır. Etiraf etmək lazımdır ki, narkomaniya bizə SSRİ dövründən miras qalıb. O vaxt dövlət bu ağır problemin cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin get-gedə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya çəpərlərini dağıdıb öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanlarıyla yanaşı, içtimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Bəzi ölkələrdə, xüsusilə "narkomaniyanın vətəni" adlanan Əfqanıstanda onun meydanının ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişaf sürətini vaxtında sədləyə bilməsə, o, yaxın gələcəkdə böyük içtimai faciələrə gətirib çıxara bilər. Bu gün narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yenu müharibə və münaqişə oçaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Bu gün Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarca narkotik laboratoriya fəaliyyət göstərməkdədir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınır. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Çünki o, insanı asanlıqla özünə alışdırır, tezliklə əridib çöpə döndərir və tədricən ölüm yatağına doğru sürükləyir.

Ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır. Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Avropa ilə Asiya qitəsinin qovuşağında yerləşən Azərbaycan ərazisindən keçməsi, burada səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitlərinin mövcudluğu ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib-becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaradıb.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u yabanı halda yetişir. Azərbaycan imperiya əsarətindən qurtulub müstəqilliyə qovuşduqdan və digər ölkələrlə əməkdaşlığı genişləndirdikdən sonra narkotik vasitələrin yayılması, çirkli pulların yuyulması üçün kriminal strukturlar qarşısında geniş üfüqlər açıldı. Beynəlxalq narkosindikatlar narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya daşınmasında Azərbaycanı tranzit əraziyə çevirmək cəhdində oldular.

Həmçinin Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə, hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara Dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıb.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Sonda məruzəçi Abşeron rayon icra hakimiyyətlərinin, polis şöbələrinin, səhiyyə təşkilatlarının, tədris müəssisələrinin, gənclər və idman idarələrinin təşəbbüsü ilə keçirilən maarifləndirici tədbirlər bu sahədə atılan uğurlu addım kimi dəyərləndirilməlidir.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Rayon təhsil şöbəsi tərəfindən narkomaniyaya və taksikomaniyaya qarşı mütəmadi profilaktik rədbirlər keçirilir. Ötən müddət ərzində gənclərlə 12 profilaktik tədbir keçirilmişdir. Keçirilən tədbir göstəricilərin artması idarənin bu məsələyə daha ciddi yanaşmasını bildirir.

"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda silsilə tədbirlər davam edir

Abşeron Rayon İcra Hakimiyyətin İctimayi- siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Vüqar Bəşirov narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirdi. V. Bəşirov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğuladı, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi.


Çıxış edənlər Abşeron rayon Polis İdarəsinin rəis müavini, Polis Polkovnik-Leytenantı cənab Elçin Rəcəbov, rayon İdman və Gənclər İdarəsinin rəisi Əsgər Əmrəliyev, rayon Polis idarəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis leytinatı Beyrək Nəsirov şagirdlərə sağlam həyat sürməyi, pis vərdişlərdən o cümlədən narkomaniyadan uzaq olmağa cağırdılar. Məktəbin direktoru Abşeron təhsilinin uğurlarından xüsusən Xırdalan şəhər 5 saylı tam orta məktəbin qazandıqları yüksək nəticələrdən danışaraq, qonaqlara rəhbərlik etdiyi kolektiv adından öz təşəkürünü bildirdi. Palikilinkanın həkimi Şahismayıl Fətullayev narkomaiyanın törətdiyi bəlalar barədə məlumat verdi. Xəstəliklərdən sağalmaq üçün dövlətin qayğı və diqqətindən söhbət açaraq şagirdlərin suallarını cavablandırdı.
Məktəbin şagirdlərinin hazırladıqalrı "Nakomaniyaya yox deyirik" adlı videoçarx nümayiş edildi.
Tədbir iştirakçılarına Narkomaniya ilə bağlı slayd təqdim edildi və mövzu ilə bağlı şagirdlər öz fikirlərini bildirdilər.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir