Dekabrın 29 da Xırdalan şəhər 8 saylı tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi.
Tədbirdə Abşeron rayon təhsil şöbəsinin əməkdaşları, valideyinlər, müəllim və şagirdlər iştirak edirdilər. Dövlət himni səsləndi. Aparıçılar bayram tədbiri haqqında məlumat verdilər. Məktəbin direktor müavini Səlim Məmmədovun təşkilatçılığı ilə tədbir başlandı.
Şagirdlərin hazırladıqları rəngarəng nömrələr alqışlarla qarşılandı.
Məktəbin 10 a sinif şagirdi Nərmin Adıgözəlova mahnılar ifa etdi. Nərminin məlahətli səsi tədbiri birazda rəngarəng və maraqlı etdi. Onun ifa etdiyi mahnılar şagirdlərin rəqsləri ilə tamamlandı.
Şaxta baba və Qar qız səhnəyə gələrək başlarına gələn sərgüzəştlərdən danışdılar. Tapmacalara cavab verən şagirdlərə hədiyyələr verildi. Milli geyimdə rəqs edən şagirdlər tədbir iştirakçıları tərəfindən maraqla izləndi. Tədbirdə "Yaşa xalqım", "Can sənə qurban" mahnıları səsləndi. 5 ci sinif şagirdləri yeni il barədə şeirlər söylədilər. 2 ci sinifin şagirdləri "Qar" mahnısını ifa etdilər. Asim Quliyevin, Kənan Hüseynovun, İlkin Hüseynovun Azərbaycanın xalq mahnılarını rəqs etməsi alqışlandı. 1 ci sinif şagirdləri Azərbaycana aid şeirlər dedilər.
Məktəbin direktoru Roza Məmmədova müəllim, valideyn və şagird heyətini bayram münasibətilə təbrik edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Direktor vurğuladı ki. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlıları birliyinin yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etdi. Bu gün ölkəmizin hər yerində bu gözəl bayram qeyd olunur.
"Abşeron təhsili" və "Xırdalan" qəzetlərinin baş redaktoru Anar Nağıyev çıxış edərək rayon rəhbərliyi və təhsil şöbəsinin rəhbərliyi adından qonaqları. valideyinləri, müəllim və şagirdləri Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik etid. Məktəbin şagirdlərinə dərslərində uğurlar arzuladı.
Sonra məktəbin rəhbərliyi riyaziyyat müəllimi Zaur Cəfərova, məktəbin şagirdləri Nərmin Adıgözəlova, Süleyman Süleymanova, Mikayılov Elvinə fəxri diplomlar təqdim etdilər. Xırdalan şəhər 8 saylı tam orta məktəbin direktorunun təlim tərbiyə üzrə müavini Lamiyə Rəhmənovaya direktor adından təşəkkül edildi.
Daha sonra Şaxta baba və Qar qız tərəfindən məktəbinin şagirdlərinə yeni il hədiyyələri təqdim edildi.
Yarım il ərzində məktəb həyatından baş verən hadisələrdən bəhs edən videoçar nümayiş edildi.
Sonda xatirə şəkli çəkildi.