Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
7-01-2017, 09:51 Oxunub: 1504

Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib


Gənc nəslin Narkotik aslıqdan qorunması, onlarda maarifləndirmə işlərinin sürətləndirilməsi məqsədi ilə bugün Masazır 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Məktəbin akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “ Narkomaniya ümumbəşəri bəladı” mövzusunda keçirilən toplantı dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Masazır 2 saylı tam orta məktəbin direktoru Mehparə Əhmədova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib

Məktəbin müəllim və şagirdlərinin, Abşeron RİH-nin ,Abşeron RPİ-nin,Abşeron RTŞ-nın əməkdaşlarının,Abşeron rayon Gənclər və İdman idarəsinin,mətbuat nümayəndələrinin , həmçinin valideynlərin iştirak etdikləri tədbirdə narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Abşeron rayon Polis idarəsinin rəis müavini Elçin Rəcəbov çıxış edərək vurğulayıb ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.Elçin Rəcəbov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıb ki, Rayon Polis İdarəsi tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir

Daha sonra “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olunub.

Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb..

Şamo Əliyev

Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
Masazır 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib
XƏBƏR LENTİ
Bu gün, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…Bu gün, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edibBu gün, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirirBu gün, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirikBu gün, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıbBu gün, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıbBu gün, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!Bu gün, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunubDünən, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurDünən, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcəkDünən, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edibDünən, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurDünən, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildiDünən, 09:54 | Təzyiq ölçə bilən ağıllı saat - Asus VivoWatch SPDünən, 09:52 | Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı16-09-2019, 15:16 | İradə Gülməmmədova Masazır məktəbində ilk dərs günündə iştirak edib - FOTO16-09-2019, 15:15 | İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlər16-09-2019, 15:13 | Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU16-09-2019, 15:11 | Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir16-09-2019, 15:10 | Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib16-09-2019, 14:06 | İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edib16-09-2019, 11:51 | Mədə qıcqırması. SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR