Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vətənpərvərlik tərbiyəsinə xidmət edən bilik yarışı

Tarix:22-01-2017, 22:00

Vətənpərvərlik tərbiyəsinə xidmət edən bilik yarışı

Tarixini bilməyən xalqın gələcəyi olmaz - deyiblər. Bir xalq kimi bizim də tariximizin kökü çox qədimdir. Hər birimiz tariximizi bilməli, onu gələcək nəslə layiqincə çatdırmalıyıq. Bu şərəfli iş biz müəllimlərin üzərinə daha çox düşür. Çalışırıq ki, dilimizi, tariximizi, maddi-mənəvi dəyərlərimizi şagirdlərə tanıdaq, sevdirək və təhrif etmədən olduğu kimi gələcək nəslə çatdıraq.

Kurikulumun tələbi olaraq dərslərimizi məqsəd və nəticə üzərində qurduğumuz kimi ilin sonunda da illik proqramın şagirdlər tərəfindən necə mənimsənildiyini yoxlamaq məqsədilə tədris etdiyim altıncı siniflərdə bilik yarışları və təqdimat xarakterli tədbirlər keçirirəm. Təcrübəmin digər həmkarlarım üçün də maraqlı olacağını nəzərə alıb onu paylaşmağı qət etdim.

Ənənəyə uyğun olaraq ötən dərs ilinin sonunda da dərs dediyim altıncı siniflər arasında "Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirdim.

Yarışmanın keçirilməsində əsas məqsədim şagirdlərin vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək, soykökünü tanıtmaq, tarixi olduğu kimi qiymətləndirmək bacarığını aşılamaqla yanaşı, onların bu tədris ilində aldıqları bilikləri ortaya çıxartmaq və nümayiş etdirmək idi. Çünki altıncı sinif tarix fənninin tədrisinin ilk pillələrindəndir. Onlar təzə-təzə tarixin nə demək olduğunu öyrənirlər. Mən də bu işdə onlara yardımçı olaraq çalışıram ki, şagirdlərimdə fənnimə qarşı maraq oyadım. İl boyu keçilən dərslərdə, eləcə də yanvar ayında təqdim etdiyim "açıq dərs"də də şagirdlərin apardığı araşdırmalar, etdikləri təqdimatlar və mövzulara aid yazdıqları esselər məqsədimə nail ola bildiyimin sübutudur. Bu da məni bir müəllim və direktor müavini kimi çox sevindirir.

Təşəbbüsüm və təşkilatçılığımla 12 altıncı sinif arasında keçirilmiş yarış şagirdlərimin bilik və bacarıqlarını nümayiş etdirdi. Yarışmada valideynlərlə yanaşı, münsiflər heyəti də iştirak edirdi.

Şagirdlərin sevincinin hədd-hüdudu yox idi. Komandaların yarışmada göstərdikləri açılış təqdimatları onların vətənimizə və öyrənməyə başladıqları Azərbaycan tarixi fənninə olan sevgisinin təzahürü idi. Komandalar özlərinə seçdikləri "Babək", "Şah İsmail Xətai", "Tomris" kimi adların təqdimatını göstərərkən onların Azərbaycan uğrunda mübarizəsindən səhnələr nümayiş etdirdilər və vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. Bununla yanaşı, hər komanda öz adı ilə bağlı divar qəzeti də hazırlamışdı. Divar qəzetlərində hökmdarların şəkilləri və onların Azərbaycan tarixindəki rolundan bəhs edən məqalələr yerləşdirilmişdi. Təqdimatdan sonra bilik yarışına start verildi.Bir-birindən maraqlı suallar, cavablar, mülahizələr və fikirlər söyləndi. Şagirdlərin simalarını gah sevinc, gah həyəcan, gah da təəssüf hissi bürüyürdü. Onlar suallara düzgün və ətraflı cavab verməyə çalışırdılar. 3-cü mərhələdə isə komandalar verilən suallara cavab axtararaq yarışdılar. Şagirdlərin sərbəst fikir yürütmələri, çətin suallara verdikləri dolğun cavablar hər kəsi təəccübləndirmişdi. Bu da onun sübutu idi ki, şagirdlərimiz yeni təlimin tələbinə uyğun olaraq sadəcə 6-cı sinif dərsliyi ilə kifayətlənməmiş, daha geniş biliklər əldə etməyə səy göstərmişdilər.

Yarış çox maraqlı keçdi. 1-ci yerə 6 a snifinin "Tomris" komandası, 2-ci yerə 6 e snifinin "Xətai", 3-cü yerə isə 6 d snifinin "Babək" komandası çıxdı. Yarış göstərdi ki, şagirdlər tariximizi yaxşı öyrənmişlər. Belə ki, onlar 1-ci mərhələdə bir necə dəqiqə ərzində 15 sualı cavablandıra bildilər. Həm də nəzərə alsaq ki, sualların əksəriyyəti dərslikdən kənar vəsaitlərdən salınmışdı, onda şagirdlərin aldıqları bilik və göstərdikləri bacarığın səviyyəsini xüsusilə yüksək dəyərləndirmək olardı.

Yeni kurikulumun şagirdin yeni biliyi müstəqil əldə etməsində, araşdırma apararaq onu daha yaxşı mənimsəməsindəki böyük rolunu qeyd edərək bildirirəm ki, bugünkü şagirdlər kurikulumun tələblərinə uyğun yetişdirilmiş bəhrələrdir. Nəticə onların inkişafında və bugünkü cavablarında öz əksini tapmışdı.

Bu nəticəyə görə qalib şagirdlərə tərifnamə və hədiyyələr təqdim olundu. Sonda münsiflər, valideynlər və məktəbin direktoru Ədalət Camalova çıxış edib yarışı təşkil etdiyimə, tariximizi şagirdlərə sevdirə bildiyimə və şagirdlərə isə sevə-sevə öyrəndiklərinə görə təşəkkür etdilər. Belə yarışmaların şagirdlərin bilik əldə etməsi baxımından önəmli olduğu üçün tez-tez keçirilməsini arzuladılar.

Elşən Quliyev,
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib