Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Tarix:10-02-2017, 14:38

"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Abşeron rayon Saray qəsəbəsi 2 saylı tam orta məktəbdə Abşeron Rayon İcra Hakimiyyətinin tapşırığı və rayon Polis idarəsinin təşkilatçılığı ilə“ Narkomaniyaya bəşəriyyətin bəlasıdır ” adlı marifləndirici toplantı keçirilib.
Ölkəmiz müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olmuşdur. Ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratmışdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.
Abşeron rayon təhsil ocaqlarında silsilə tədbirlərin keçirilməsi məqsədi ilə 35 ci marifləndirici tədbir Saray qəsəbəsi 2 saylı tam orta məktəbin rəhbər heyətinin, şagird və müəllim kollektivinin, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, təhsil şöbəsinin, idman və gənclər idarəsinin, səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılıb, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fikrət Balakişiyev çıxış edərək bildirdi ki, ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səslənib. Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğu qeyd edən məktəb direktoru respublikamızın, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğuldı.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Abşeron rayon icra hakimiyyətinin məsul işçisi Hafiz Mikayılov çıxış edərək qeyd etdi ki, rayon rəhbərliyinin bu mövzularda marifləndirici tədbilərin keçirilməsi tapşırığı uğurla davam edir. Abşeron rayon təhsil ocaqlarında şagirdlərlə görüşlər pis vərdişlərdən o cümlədən narkomaniyadan uzaq olmaq üçün xeyli işlər aparılır. Hafiz müəllim çıxışının sonunda vurğuladı ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülüb.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Rayon polis idaərəsinin inispektoru Elbrus Əhmədov məruzə ilə çıxış etdi. Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunmasından məlumat verdi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında işğal altındakı Qarabağ ərazisindən tranzit kimi istifadə olunur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər.
Həmçinin xüsusi E. Əhmədov nəzərə çatdırdı ki, Azərbaycanda narkotikaya aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Tədbirdə Azərbaycan respublikası Təhsil şurasının üzvü Fidan İsmayılova çıxşış edərək bildirdi ki,
narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünyanın hər yerində narkomaniyaya aludəçilik ağır ictimai bəlaya çevrilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi isə çoxdan ölkələrin sərhədlərini aşaraq transmilli cinayətkarlıq halına gəlmişdir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Ən acınacaqlısı da budur ki, gənc nəsil arasında narkotiklərə meyillilik artır. Sözügedən problemin ağırlığını və fəsadlarını diqqətə alan digər dünya ölkələri kimi, Azərbaycanda da narkomaniya ilə mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi prioritet önəm kəsb edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətini əhalinin sağlamlığının, milli genefondun qorunması sahəsində fəaliyyət təşkil edir. Dövlət başçısı öz çıxışlarında nəzərə çatdırır ki, təhsil, mədəniyyət, elm və texnologiyaya prioritet diqqət ölkənin davamlı inkişafı, insan kapitalının formalaşması üçün nə qədər əhəmiyyətlidirsə, xalqın sağlamlığı da bir o qədər vacib məsələdir. Bu baxımdan gənc nəslin zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə böyük önəm kəsb edir: “Narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Biz gəncləri pis vərdişlərdən çəkindirməliyik... Azərbaycanın böyük imkanları var. Ən böyük sərvət isə insanların sağlamlığıdır. Biz istəyirik ki, yetişən gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun”. F. İsmayılova qeyd etdi ki, bu kimi tədbirlərin keçirilmısini alqışlayaraq rayon rəhbərliyininə və məktəb kolektivinə öz minətdarlığını bildirdi.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Abşeron rayon Polis idarəsinin narkotikklə mübarizə qrupunun inspektoru baş leytenat Beyrək Nəsirov çıxış edırək bildirdi ki, bəşəri bəlanın yayılmasının qarşısının alınmasında, bu istiqamətdə qabaqlayıcı, preventiv maarifləndirmə tədbirlərin görülməsində tədris ocaqlarının, pedaqoji kollektivlərin üzərinə mühüm məsuliyyət düşür. Narkotika nədir? Əhali, xüsusilə yurdumuzun gələcək qurucuları olan gənc nəsil onun törədə biləcəyi faciələri daha dərindən dərk etsin deyə bu barədə qısa da olsa söz açmaq istəyirik. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Çünki o, insanı asanlıqla özünə alışdırır, tezliklə əridib çöpə döndərir və tədricən ölüm yatağına doğru sürükləyir. Ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır. Böyük Fransız təbibi Fransua Moriakın dediyi kimi, "narkomaniya insanın öz ölümündən həzz almasıdır". Narkomanlar özlərini bilə-bilə ölüm adlı kabusun qoynuna atanlar zümrəsidir. Onların arasında QİÇS-ə yoluxanların 70 faizi venadaxili narkotiklərdən istifadə edənlərdir. Hətta narkotiklərdən burun vasitəsilə bir dəfə, yalnız bircə dəfə istifadə ildırım sürətli ölümlə nəticələnə bilər. Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit-C virusu ilə yoluxurlar ki, bu da çox təhlükəli və qarşısı heç bir qüvvə ilə alına bilməyəcək bir xəstəlikdir. Onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicəsi effektli olmur və ölümlə nəticələnir. Narkoman narkotik maddə əldə etmək üçün istənilən cinayəti törətməyə hazır olur. Narkotiklərin əksəriyyəti gənc ikən dünyasını dəyişir. Bəziləri, xüsusilə İİV-ə (insanda immunçatışmazlığı virusuna) və ya Hepatit-C-yə yoluxanlar uzun müddət müalicə alsalar belə, ailələri və cəmiyyət ücün ağır bir yükə və üz qaralığına çevrilirlər. Narkotik aclığı zamanı orqanizmdə baş verən dəyişikliklər əsasən əzələlərin gərilməsi ilə müşahidə olunur. Həmin gərginliyin ilk əlaməti sümük ağrılarıdır. Sonra yuxulu durum başlanır, əhval dəyişir, bədən daxilindəki ətraf ərazilərdə ağırlaşmalar, ağızda quruluq yaranır, orqanizm istiliyə düçar olur. Daha sonra ürəkbulanma, qusma, əsnəmə, hərarət, yuxusuzluq və ən əsası, nəyin bahasına olursa-olsun, yenidən oriat (morfin və heroin) qəbul etmək istəyi... Tiryəkdən istifadə edənlər adətən tənəffüsün qəfil dayanmasından dünyasını dəyişirlər. "Xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, insan zəhərin təsirindən dərhal dünyasını dəyişə bilər. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş-beyin zədələnir və bununla da həmin şəxs şikəstlik əzabına düçar olur. Belə halda insan düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu dəhşətli vəziyyət illərlə davam edə bilər. Çünki o, müalicəsi mümkün olmayan bir xəstəlikdir!
Saray qəsəbə xəstəxanasının həkimi Yeganə Məmmədova şagirdlərin suallarını cavablandıraraq bu xəstəlikdən uzaq olmağa çağırdı.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Rayon İdman Gənclər idarəsinin rəisi Əsgər Əmirəliyev qeyd etdi ki, Rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev çıxışında vurğuladı ki, ölkəmizdə də bu sahədə xeyli işlər görülüb
Tədqiqatlar göstərir ki, yeniyetmələrin əksəriyyəti ətrafın diqqətini cəlb etmək, daha böyük görsənmək, daha cəsarətli, müstəqil təsiri bağışlamaq üçün narkotiklərdən istifadə edirlər. Bu səbəbdən də əksəriyyət hallarda yeniyetmələr narkotikləri həmyaşıdlarının toplaşdığı yerə getməzdən əvvəl və ya bir başa müxtəlif gənclər tədbirlərinin, “gecələrin” keçirildiyi yerlərdə (klublar, diskotekalar, barlar və s. ) qəbul edirlər.
Narkomaniyanın sürətli yayılmasının səbəbləri kimi müntəzəm, uyğun ideologiyanın, güclü, nüfuzlu gənclər təşkilatlarının olmamağı, gənclər arasında kütləvi işsizlik göstərilir, lakin ən əhəmiyyətli faktorlardan biri də narkobiznesin (narkokartellərin) mütəşəkkil fəaliyyətidir ki, bu fəaliyyət gənclərin formalaşmasına yönəlmiş, onun inkişafına, dünyagörüşünə təsir edir, gənclər üçün narkotiklərin imicinin cəlbediliciyi təbliğ edilir, formalaşdırılır, hətta narkotiklərin qəbulunun “ideallaşdırılması”, az qala “qəhrəmanlıq” səviyyəsinə qaldırılması baş verir. Bu istiqamətdə təbii ki, bədii filmlər, televiziya, və KİV-lər xüsusi rol oynayır.
Eyni zamanda qeyd etmək lazımdır ki, bütün dünyada bu bəlaya qarşı mübarizə aparan qüvvələr də az deyil. İstər beynəlxalq səviyyədə, istərsə də, ayrı-ayrı ölkələrdə bu istiqamətdə konkret tədbirlər həyata keçirilir. Ölkəmizdə də bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. 2007-ci ilin 28 iyununda isə Prezident tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqram” təsdiq edilib. Çıxışının sonunda Ə. Əmirəliyev rayonumuzun idmançıları barədə məlumat verərək şagirdləri sağlam olmağa və savadlı olmağa səslədi.
Məktəb rəhbəri sonda çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn müddəalarla bağlı mədəniyyət müəssisələrinin həyata keçirdiyi tədbirlər rayon mətbu orqanlarında qəzet və saytlarda olan geniş şəkildə işıqlandırılır. Ötən bir il ərzində qəzetdə bu mövzuda müxtəlif səpkili 30-dək yazı (xəbər, məqalə, tamaşa haqqında rəy və s.) dərc olunmuşdur. Keçirilən tədbir və layihələr mütəmadi şəkildə nazirliyin rəsmi internet saytında, şəhər-rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, muzey və digər mədəniyyət müəssisələrinin saytlarında, eləcə də ölkəmizin çeşidli digər kütləvi informasiya vasitələrində əksini tapır.
"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Saray qəsəbəsində tədbir keçirildi

Tədbirin sonunda məktəbin şagird kolektivinin hazırladığı " Narkomaniyanın törətdiyi ailə faciəsi" adlı videoçarx nümayiş edildi.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib