Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Sonsuz bir ümmandır, Riyaziyyat"

Tarix:15-02-2017, 18:49

"Sonsuz bir ümmandır, Riyaziyyat"

Abşeron rayonunda fəaliyyət göstərən Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə həmişə bir-birindən maraqlı tədbirlər keçirilir. Fevralın 15 -də reallaşdırılan gözəl əhval ruhiyyəli tədbir belə adlanırdı: “ Sonsuz bir ümmandır, Riyaziyyat” İlk növbədə məktəbin foesində stend və güşələr diqqəti cəlb edirdi. Məşhur riyaziyyatçıların şəkilləri, bu elmə aid məlumatlar, “Riyaziyyat elmlərin şahı, hesab isə onun tacıdır”, “Riyaziyyat üçün coğrafi sərhəd yoxdur”, “Riyaziyyat üçün böyük dünya tək bir ölkədir” və digər kəlamlar maraq doğururdu. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Məmməd Yaqubov, BDU- nun dossenti İmran Abdullayev, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov, təhsil üzrə ekspert Hicran Allahverdiyeva, rayon təhsil şöbəsinin metadistləri Qəşəm Məmmədov, Səkinə Abbasova, Mehriban Sultanova, “Abşeron təhsili” və “Xırdalan” qəzetlərinin baş redaktoru Anar Nağıyev, “Absheronxeber.az” sayıtının baş redaktoru Şamo Əliyev, KİV- nin nümayəndələri, müəllim və şagirdlər iştirak edirdilər.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Tədbiri riyaziyyat fənnini tədris edən Ramilə Şahbazova məktəbin müəllimlərinin və direktorun köməyi həm Azərbaycan həm də rus bölməsinin şagirdləri ilə birlikdə hazırlamışdı.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Məktəbin şagirdləri ilk olaraq - hörmətli, əziz qonaqlar, müəllimlər, şagirdlər və “ Sonsuz bir ümmandır, Riyaziyyat” gecəsinə xoş gəlmisiniz sözləri ilə salamladılar. Dövlət himni səslənərək tədbir başlandı.
Dahi Nizaminin belə bir müdrik kəlamı var: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.” Əsərlərdən bəri dillərdən düşməyən bu kəlam elmin üstünlüyünü əks etdirir. Həqiqətən də elm ağlın, zəkanın nurudur. Tərif: Ədəd dedikdə rəqəmlərin köməyi ilə ifadə olunan işarələr başa düşülür. Ədədləri yazmaq üçün istifadə olunan say sistemini rəqəmlər təşkil edir. Tədbirdə məktəbin 6,7,8,9,10 və 11 ci sinif şagirdləri iştirak edirdilər. Məktən şagirdlərində ibarət Nağaraçıların ifası maraqla izlənildi.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Beləliklə, səhnəyə dəvət olunan şagirdlərin ifasında “Rəqəmlərin bəhsi” mahnısı, 5- cilərin ifasında rəqəmlərin məclisinə rəhbər seçilmək üçün “rəqəmlərin” özlərini öyməsi, tərifləməsi dinlənildi.
Riyaziyyatı həndəsi fiqurlarsız təsəvvür etmək qeyri mümkündür. Altıncılar bu fiqurları nümayiş etdirərək onların xassələrindən söhbət açdılar. İkincilər “İki vur iki” mahnısını, “İstedad” qrupu digər bir mahnını, üçüncülər və onuncular “Mən riyaziyyatı sevirəm” mahnısını məharətlə ifa etdilər. Eyni zamanda, rəqsləri ilə də tamaşaçıların alqışlarını qazandılar. Riyaziyyat müəlliminin ev tapşırığını yerinə yetirə bilməyən şagirdin müxtəlif yollara əl atmasını rus bölməsinin üçüncüləri kiçik bir səhnəcikdə, yuxarı sinif şagirdləri isə evdə gedən qalmaqalı, valideynlərin məktəbə çağrılmasının səbəblərini məzəli, satrik bir məzmunda digər bir səhnəcikdə açıqladılar.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Altıncıların riyaziyyata aid verdiyi tapmacalar cavablandırıldıqdan sonra riyaziyyat haqqında qısa məlumat verdi. 5 rəqəminin sirləri haqqında gözəl məntiqli səhnəcik alqışlarla qarşılandı.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Milli rəqslərdən sonra 5- cilər müdrik kəlamlar söylədilər: “Mən öyrətdim onlara, öyrətdim bilik nədir, oxumağı , saymağı dedim bir xəzinədir”, “Elmdə həqiqət həmişə özünə yol açır”, “Bilik- həyatda faydalı olmaq naminə qazanılmalıdır.” “Bütün sənətlərin açarı elm və tərbiyədir”… 6- cı və 8- ci sinif şagirdləri özlərinin qoşduqları “Riyaziyyat elmlərin şahıdır” mahnısı oxudular, digər 5- ci və 6- cı sinif şagirdləri isə riyaziyyatla yanaşı digər fənləri də öyrənmək mütləqdir, vacibdir fikrini söyləməklə bərabər elm haqqında bir neçə şeir də ifa etdilər.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Tədbirin aparıcıları şagirdlər tərəfindən hazırlanan sənəcikləri iştirakçılara təqdim etdilər. “Ilk riyaziyyatçı qadın”, “Triqonometriyanın banisi Əbdül Vəfa”, “ Nəsrəddin Tusinin həyat və yaradıcılığı”, “Həndəsi qrultay”, “Rəqəmlərin mübahissəsi”, “ Fənlərin mübahissəsi”, “Qızıl nisbət” və s. fiyazi səhnələr təqdim olundu. Gecədə həmçinin şagirdlər tərəfindən riyaziyyata bu elmin inkişafnda danılmaz xidmətləri olan şəxslərə aid şeirlər səsləndirilərək mahnılar ifa olundu.
Xırdalan şəhər 4 saylı məktəbin direktoru Zəminə Nurayeva çıxış edərək bildirdi ki, informasiya vasitələrinin inkişaf etdiyi qlobal dünyada insan məlumat bolluğunda üzur. Kütləvi infofmasiya vasitələri beyləri yükləyir. Lakin bunlara baxmayaraq yenə cəmiyyətin, elmli insanın tələbatı ödənmir. Ciddi işlərə, dəqiq elmlərə ehtiyac duyulur. Riyaziyyat elmlərin şahıdır! Bu gün onun həyatın bütün sahələrində, hətta ədəbiyyatda da yeri var!
İstisadiyyatı isə riyaziyyatsız təsəvvür etmək mümkün deyil. Bütün maliyyə işiləri hesab əməliyyatlarının köməyi ilə yerinə yetirilir. Digər tərəfdən iqtisadiyyatın xüsusi sahəsi olan riyazi iqtisad iqtisadi məsələləri riyaziyyat elminin imkanlarına görə müəyyənləşdirir. Bankların, ölkələrin ümumi durumunu hesablayan iqtısadçılar statistikanın nəticələrini nəzərə alaraq riyazi iqtisadın köməyi ilə müəyyən proqnozlar verirlər. Yaxşı iqtisadçı olmaq üçün həm riyaziyyatı, həm də iqtisadiyyatı bilmək lazımdır.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Riyaziyyat ilk baxışdan çətin və cansıxıcı görünən elmdir. Onu sevmək üçün başa düşmək lazımdır. Bəşəriyyətlə eyni vaxtdan yaranmış, uzun inkişaf yolu keçmişdir. Hal-hazırda ölkəmizdə riyaziyyat elmi yüksək səviyyədədir. Lakin tədrisi dünya standartlarına çatdırmaq, şagirdlərin təfəkkürünü inkişaf etdirmək lazımdır. Bu gün keçiilən gecə məhz riyaziyyat elminin inkişafına şagirdlər arasında sevilməyinə hesablanıb. Tədbirimizə gələn hər bir qonağa məktəb kolektivi adından təşəkürümüzü bildiririk.
Bakı Dövlət Universitetinin professoru Məmməd Yaqubov çıxış edərək qeyd etdi ki, bu gecənin gözəl, maraqlı təşkilinə görə məktəbin direktoruna, müəllim və şagirdlər öz minətdarlığını bildirdi.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

"Sonsuz bir ümmandır, Riyaziyyat"

Sonra Azərbaycan Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərova söz verildi. Filologiya üzrə fəlsəfə doktoru Ş. Cəfərov məktəbin rəhbərliyini, müəllim və şagird kolektivini salamlayaraq bu gün küçirilən tədbiin əhəmiyyətindən, rəngarəngliyindən və gözəl təşkilindən danışdı.
Abşeron rayon təhsil şöbəsinin metadisti Qəşəm Məmmədov rayon təhsil şöbəsinin rəhbərliyi və işçiləri adından tədbirdə iştirak edən qonaqalra və tədbirin əsrəyə gəlməsində əziyyəti olan hər bir kəsə təşəkürünü bildirdi.
Məktəbin şagirdi Səkinənin ifasında “Mehriban olaq” mahnısı ilə gecəyə yekun vuruldu. Sonda xatirə şəkli çəkildi.
"Sonsuz bir ümmandır, Riyaziyyat"

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib