Absheron Media
Haqqımızda Bizimlə əlaqə

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər davam edir

Tarix:18-02-2017, 14:57

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə işlər və Təhsil şöbəsinin, İdman Gənclər idarəsinin təşəbbüsü ilə keçirilən «Narkomaniya ümumbəşəri bəladır» mövzusunda ictimayyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunur.
«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Bu gün Mehdiabad qəsəbəsi 3 saylı tam orta məktəbdə «Narkomaniya ümumbəşəri bəladır» adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi. Mehdiabad qəsəbəsi 3 saylı tam orta məktəbin direktoru Afət Camalova qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verərək bildirdi ki, rayon İcara Hakimiyyətinə, polis idarəsinə, təhsil və idaman gənclər şöbələrinə bu günkü aktual məsələlərdən biri olan "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda aparılan təbliğatı yüksək qiymətləndirərək, kolektiv adından öz minətdarlığını bildirdi. Ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər.

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Polis İdarəsinin məsul işçisi , polis mayoru Elbrus Əhmədov tədbir iştirakçılarına mövzu barədə müharizəsini söyləyərək bildirdi ki, müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışmışdır. Bildirmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat vermişdir.

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov çıxış edərək bildirib ki, Abşeron rayonunda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda silsilə tədbirlər keçirilir.Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyani barədə təbliğat aparılması, eyni zamanda şagird və tələbələrin dünya görüşünün formalaşdırılmasın məqsədi ilə narkotik vasitələrin, prixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək tədbir iştirakçılarının suallarını cavablandırıblar. Rəis müavini onu da qeyd etdi ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu onunla izah oluna blər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Qeyd etdiyimiz kimi ən acınacaqlı və haqlı narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətindədir.

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

H. Mikayılov çıxışının sonunda vurğuladı ki, narkomaniya ilə mübarizə həm də hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Tədbirdə çıxış edən İcra Hakimiyyəti Başçısının Mehdiabad üzrə nümayəndəsi Bayram İbrahimov qeyd etdi ki, rayonumuzun gənclərinin asudə vaxtının səmərəli istifadəsindən, idmançılarımızın qazandıqları uğurlardan danışdı. Şagirdləri savadlı və sağlam vətən övladı olmağa səslədi. Rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd edilmişdir ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir
«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Tədbirdə digər çıxış edənlər də narkotik vasitələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışdılar.

«Narkomaniya ümumbəşəri bəladır» adlı silsilə tədbirlər  davam edir

Məktəbin şagirdləri onları maraqlandıran suallarla qonaqlara müraciət etdilər. Polkilinkanın həkimi şagirdlərin suallarına aydınlıq gətirdi.
Sonda narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Narkomaniyaya yox deyirik" adlı videoçarx nümayiş olundu.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib