Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 2 №-li tam orta məktəbdə Xocalı şəhidləri anılıb

Tarix:27-02-2017, 15:12

Xırdalan şəhər 2 №-li tam orta məktəbdə Xocalı şəhidləri anılıb

Xırdalan şəhər 2 №-li tam orta məktəbin akt zalında məktəbin müəllimi Gülnarə Mehdiyevanın təşkilatçılığı ilə V-IX sinif şagirdlərinin hazırladıqları Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı ədəbi – bədii gecə keçirilib.

Tədbirə məktəbin müəllim kollektivi, V-IX sinif şagirdlərilə yanaşı, Xocalı şəhid ailələri, bu faciəni görən iştirakçılar və qocaman müəllim Oqtay Sadıqov da dəvət olunmuşdu.

Tətbirin əsas məqsədi Xocalı soyqırımı haqqında şagirdləri məlumatlandırmaq, vətənpərvərlik ruhunu yüksəltmək idi.

Əvvəlcə dövlət himni səsləndirildi, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xırdalan şəhər 2 №-li tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının "Tərəqqi" medallı müəllimi Ədalət Camalova 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımdan danışıb. Ə.Camalova bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalqımız 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Bu soyqırım mahiyyətcə xalqımıza qarşı bir neçə əsr bundan əvvəl başlanan erməni təcavüzünün davamı və tərkib hissəsi idi.

Ə.Camalova bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, dünyanın bir neçə ölkəsində Xocalı soyqırımını əks etdirən abidə ucaldılıb, bir çox ölkələr bu soyqırımı tanıyır.

Daha sonra bu qorxulu gecəni yaşamış Xocalı şəhər sakinləri, Zeynəb Şahidqızı, Tural Nurməmmədov və qocaman müəllim Oqtay Sadıqov çıxış etdilər. Onlar çıxış edərək əsrin ən dəhşətli faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdilər. Bildirildi ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş bu soyqırım əsrin faciəsi olmuşdır. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşmüşdür. Hal-hazırda bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Məktəbin şagirdləri Xocalı faciəsinə həsr edilmiş şeirlər, o qanlı gecəni həsr edən səhnəciklər göstərdilər. Şagirdlər “Xocalı soyqırımı”na həsr olunmuş şeirlərlə yanaşı, “İgid əsgər”, “Cənab leytenant” kimi mahnılarda ifa ediblər.

Tədbirdə böyük inam hissi ilə qeyd olundu ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndində, işğal altında olan digər ərazilərdə dalğalanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib