Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda Səməd Vurğunun 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Tarix:3-03-2017, 23:53

Xırdalanda Səməd Vurğunun 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Xalq şairi, dramaturq Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibəti ilə bağlı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nərgiz Qaragözovanın təşkilatçılığı və 5c sinif şagirdlərinin iştirakı ilə hazırlanmış tədbir keçirilib.

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən kitabların yer aldığı sərgi ilə tanış olublar .Tədbirdə məktəbin müəllimi N. Qaragözova şairin həyat və yaradıcılığı barədə danışıb. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub, məktəbin şagirdlərinin hazırladığı ədəbi bədii kompozisiya numayiş olunub.

Toplantıda məktəbin direktoru çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.
“Xalq Şairi Səməd Vurğunun adı, şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib”, - deyə Ə.Camalova bildirib.

Xalq yaradıcılığı və şifahi söz sənətinin Səməd Vurğun poeziyasının mayasını, qayəsini təşkil etdiyini deyən Ə.Camalova şairin xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnərək yüksək poetik potensialı və dərin idrakı ilə XX əsr Azərbaycan şeirinə xüsusi çalarlar gətirdiyini söyləyib.
Diqqətə çatdırılıb ki, unudulmaz şair qısa bir zamanda tamamladığı “Vaqif” dramında Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, kamilliyini ustalıq və məhəbbətlə əks etdirib. O, “Vaqif” dramına görə ən ali mükafatlara layiq görülüb. Uzun illər teatr səhnələrində oynanılan bu dram tamaşaçıların böyük rəğbətini qazanıb.

Səməd Vurğunun müasir və tarixi-əfsanəvi mövzularda da bir çox əsərlər müəllifi kimi tanındığını söyləyən direktor qeyd edib ki, şairin “Ölüm kürsüsü”, “Qız qayası”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Aslan qayası”, “Üsyan”, “Bəsti”, “Ayın əfsanəsi” və “Bulaq əfsanəsi” əsərləri bu qəbildəndir. Ana dilimizin şeriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq özü də bu birliyin bayraqdarına çevrilib. Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran S.Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb.

Daha sonra məktəbin şagirdləri şairin “Vaqif” dramı əsasında hazırlanmış səhnəcik göstəriblər. Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

Hazırlanmış bədii proqram valideyn və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib