Abşeron Rayon Təhsil Şöbəsində dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.
Müsabiqədə rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Qeyd edək ki, müsabiqənin qalibi aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.