10 may 2017-ci il tarixində Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə adı cəkilən bağçanın müdirəsi Samirə Məmmədova, 23 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Aybəniz Sadıxova, 3 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Gülnarə Paşayeva, 3 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Ofelya Mustafayeva , bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər.
Toplantıda çıxış edən Samirə Məmmədova Ümummilli Lideri Heydər Əliyevin sadəcə cismən bizlərdən ayrıldığını, mənən qəlblərdə yaşadığını qeyd etdi. O, həmçinin belə gözəl bayramın uşaq bağçasında gələcəyimiz olan körpələrlə qeyd edilməsində əməyi kecən hərkəsə təşəkkürünü bildirdi. Uşaqlara Heydər Əliyevin nəvələri olmaları ilə fəxr etməli olduqlarının bildirdi.
Sonra bağçanın balaca fidanlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Balacalar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər dedilər, mahnılar oxudular və rəqs etdilər.
Şamo Əliyev