Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 5 saylı məktəbdə "Xəzinəm kitablarımdır" adlı tədbir keçirildi

Tarix:31-05-2017, 18:07

Xırdalan şəhər 5 saylı məktəbdə "Xəzinəm kitablarımdır" adlı tədbir keçirildi

Kitab yaranandan bəri böyük hörmətə layiq bilinib. Kitaba hörmətlə yanaşmaq, onu qorumaq cəmiyyətdə müqəddəs bir işə çevrilmişdir. Ən böyük dahi, filosof, alim, şair və yazıçıları kitablar vasitəsilə daha dərindən tanıya bilirik.

Görkəmli şəxsiyyətlər kitab haqqında öz sözünü demiş, kitabın özünəməxsus tərifini vermişdir. Ümummilli lider Heydər Əliyev kitabxana və kitab üçün demişdir: ”Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Bu fikri şərh etməyə ehtiyac yoxdur.

Bu gün Xırdalan şəhər 5 saylı məktəbdə "Xəzinəm kitablarımdır" adlı tədbir keçirildi. Azərbaycanın dövlət himni ilə tədbir başladı. Birincilər "Əziz müəllimim" mahnısı ilə səhnəyə gəldilər.
Məktəbin müəllimi Günel Süleymanova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, tanınmış şəxsiyyətlər kitab haqqında yüksək fikirlər söyləyiblər. N.B.Vəzirova görə kitablar bizi ötən əsrlərin varisi edir. Ə.Nəvai “Dünyada kitabdan əziz dost yoxdur”, V.Şekspir “Kitab mənim üçün tacdan qiymətlidir”, Ç.Darvin ”Əxlaq üzərində müşahidə aparmağa kitab oxuyandan sonra başladım” – demişdir.

Ayrı-ayrı şəxsiyyətlər tərəfindən kitab barəsində deyilən fikirləri yazmaqla bitməz. Çünki kitaba könlünü vermiş hər kəs onun haqqında fikrini özünəməxsus şəkildə etiraf etmişdir.
Kitablar tipinə görə 3 yerə ayrılır: Elmi-texniki, ictimai-siyasi və humanitar və bədii.
Xırdalan şəhər 5 saylı məktəbdə "Xəzinəm kitablarımdır" adlı tədbir keçirildi

Elmi-kitablar elmi biliklər verir, belə kitablar adətən yorucu olur və onları dərindən düşünərək oxumaq tələb olunur. Çox vaxt müəllimə, öyrədənə də ehtiyac duyulur.
Humanitar fənləri, kitabları da öyrədən lazımdır, lakin mütaliəçi dərindən fikirləşərək oxuyarsa, müəllimdən də yaxşı o sahələri öyrənə bilir. Mütaliə etdikcə insan beyni inkişaf edir, elmi cəhətdən formalaşır.
Bədii ədəbiyyatı mütaliə edənlər daha mükəmməl dünyagörüşünə malik olur, bütün hərəkətlərini ölçüb-biçirlər. Belələrini aldatmaq olmur. Çünki, onlar mənən zənginləşirlər. Buna mütaliə mədəniyyətinin inkişafı deyilir.
Deməli, hər bir insana təkcə ixtisas ədəbiyyatını deyil, həm də bədii ədəbiyyat, qəzet, jurnal oxumaq vacib sayılır. İnsana maddi tələbatla yanaşı mənəvi tələbat da lazımdır.

G. Süleymanova çıxışında vurğuladı ki, mənəvi zənginlik insanı şux saxlayır, onda mənəvi mədəniyyət yaradır. İnsanlara təkcə yemək, içmək, geyinmək deyil, həm də davranış mədəniyyəti də gündəlik tələbat kimi vacibdir.
Unutmaq olmaz ki, mütaliə insan beynini, təfəkkürünü inkişaf etdirir, onun dünyagörüşünü formalaşdırır. Mütaliə edən insan cahillikdən aqilliyə doğru irəliləyir. Mütaliə etməyənlər hadisələri ölçüb-biçməyə ehtiyac da duymur, hadisəyə təcili, tez reaksiya verir və sonda özündən asılı olmayaraq yeni, xoşagəlməz bir hadisə törədir.
“Kim ki, bu dünyanı ağılla getdi,
Sürətlə getmədən hamını ötdü”.
Sonra 1-b sinif şagirdləri hazırladıqları müxtəlif səhnəcikləri təqdim etdilər. Birincilər şerlər söyləyərək mahnılar oxudular. Mİlli geyimdə rəqs nömrələri nümayiş olundu. "Turp" , "Ağ atlı oğlan", "Göyçək fatma", "Tık-tık xanım" ın nağılı tamaşaçıların alqışı ilə qarşılandı. 9 fənn üzrə səhnəcik göstərildi. "Kitabların bəhsi" səhnəsi birincilərin fənnlərə dərindən yiyələnməsindən xəbər verirdi.
Xırdalan şəhər 5 saylı məktəbin direktoru Şahin Yusifov çıxış edərək bildidi ki, cəmiyyətdə baş verən bütün hadisələrin kökündə əgər bir tərəfdən iqtisadi çətinliklər, eqoizm və sair durursa, ikinci tərəfdən mütaliə mədəniyyətinin olmaması durur.
Bəşəriyyəti bir-birinə bağlayan bir anlayış vardır, o da mədəniyyətdir.
Bu mədəniyyətin daxilində mütaliə mədəniyyəti xüsusilə seçilir. Mütaliə mədəniyyəti insanlara təvazökarlıq, etika, bir-birinə qarşı hörmət tərbiyə edir. Bir sözlə, mütaliə etmək insanı yaxşını pisdən seçməyə aparıb çıxarır. Ona görə də hər kəs sutkada ən azı bir saat mütaliə etməlidir ki, bu qabiliyyətə sahib ola bilsin.
Xırdalan şəhər 5 saylı məktəbdə "Xəzinəm kitablarımdır" adlı tədbir keçirildi

Valideynlərə məsləhət görərdim ki, uşaqlarına Q.Zakirin, S.Axundovun, C.Cabbarlının, A.Şaiqin, S.Vurğunun, M.Ə.Sabirin, A.Səhhətin əsərlərini oxutdursunlar. Çünki bu müəlliflərin əsərlərində milli mədəniyyət, vətənpərvərlik, xalqına xidmət etmək kimi motivlər güclü və dərindir. Ona görə də ədəbiyyata belə bir tərif verilmişdir: ”Ədəbiyyat incə sənətdir; - incə söz, incə məna, incəsənətdir”. Ədəbiyyatlarda incəliklərlə yanaşı, həm də böyük mənəvi qüvvə vardır.
Bu qüvvə insan təfəkkürünə, şüuruna yerləşdikcə, insan mənən saflaşır, gözəlləşir və qüvvətlənir. Belələri həm də qürurlu, mətanətli və istiqanlı olurlar.
N.Gəncəvi bir hikmətində deyir:
Qüvvət elmdədir başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Xırdalan şəhər 5 saylı məktəbdə "Xəzinəm kitablarımdır" adlı tədbir keçirildi

Direktor tədbirin təşkilatçısı olan Günel Süleymanovaya təşəkkürünü bildirərək, birincilərə uğurlar arzuladı.
Sonda "Vətən əmanəti" mahnısının sədaları ilə tədbir yekunlaşdı.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib