Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
23-06-2017, 22:19 Oxunub: 661

Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı “Ən yaxşı yazı” müsabiqəsində II yerin qalibi olub

Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı “Ən yaxşı yazı” müsabiqəsində II yerin qalibi olub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Səkinə Abbasova müsabiqədə II yerin qalibi olub:
- İlk dəfədir belə bir müsabiqədə iştirak edirəm. Təqdim elədiyim yazı “Şagirdlərin peşə seçimində məktəb müəllim və valideyn üçbucağı” mövzusunda idi. Bir neçə gün əvvəl mənə zəng edərək, müsabiqədə yer tutduğumu söylədilər, ancaq II yerin qalibi olduğumu mükafatlandırma zamanı öyrəndim. Bu mənim üçün gözlənilməz oldu, çox sevincliyəm, heç inanmırdım ki, müsabiqəyə təqdim olunan işlər içərisində mənim yazım II yerə layiq görülər. Belə bir layihənin təşkilinə görə Təhsil Nazirliyinə, “Azərbaycan müəllimi” qəzeti redaksiyasına və Bilik fonduna öz minnətdarlığımı bildirirəm. Ümiq edirəm gələcəkdə bu kimi müsabiqələr daha tez-tez keçirilər.

Məlumat üçün bildirək ki, müsabiqəyə müəllimlərin şəxsi iş təcrübəsinə əsaslanmaqla təhsilin və müasir dərsin aktual problemləri barədə metodik yazılar qəbul olunub. Məqsəd yaradıcı müəllimləri aşkara çıxarmaq, onları axtarışlara həvəsləndirməkdir. Müsabiqədə müəllimlərlə yanaşı, digər təhsil işçiləri iştirak ediblər. Yazıların qəbulu üçün ayrılmış bir ay ərzində təşkilat komitəsinə 82 iş daxil olub. Dəyərləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə yazılara fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodist alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Şamo Əliyev

Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı “Ən yaxşı yazı” müsabiqəsində II yerin qalibi olub
Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı “Ən yaxşı yazı” müsabiqəsində II yerin qalibi olub
Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı “Ən yaxşı yazı” müsabiqəsində II yerin qalibi olub

XƏBƏR LENTİ
21:22 | Xırdalan məktəbinin şagirdi qəbul imtahanında 700 bal topladı 20:19 | Abşeronda bu məktəbin şagirdi 700 bal topladı 20:06 | Vətəndaşların növbəti səyyar qəbulu Mehdiabad qəsəbəsində keçirilib 20:51 | Mən vətənimi tərənnüm edirəm adlı rəsm müsabiqəsi 16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu