Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon təhsil ocaqlarında hərbi- vətənpərvərlik ruhunda gənc nəsil yetişir

Tarix:16-10-2017, 21:28

Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təhsil sisteminin qarşısında duran ən mühüm vəzifə hesab edərək deyirdi: "İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə hazırlamaqdır. Amma, bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır". Ulu öndər gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə onlarda vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərinin formalaşdırılmasını nəzərdə tuturdu.
Müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulamış, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdıraraq demişdir: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır".
Dahi rəhbərin və ölkə başçısının bu müdrik tapşırıq və tövsiyələrini hər zaman əldə rəhbər tutan ölkəmizin çoxminli təhsil işçiləri, o cümlədən Abşeron rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri məktəbli gənclərin vətənpərvərlik tərbiyəsinə, onlarda milli-mənlik şüurunun inkişafına, dövlətçiliyə sədaqət hissinin artmasına daim xüsusi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirirlər.
Vətənpərvərlik, o cümlədən hərbi -vətənpərvərlik insanı səciyyələndirən əsas keyfiyyətlər olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olmuşdur. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Bu gün Xırdalan şəhər 2 saylı tam orta məktəbdə keçirilən hərbi dərsində şagirdlərə əyani vəsaitlərlə tanış edən Atamoğlan Çıraqov sıra düzlüşünü, hərb salamını, nizam- intizam qaydalarını öyrədir. Şagirdlər böyük həvəslə bu biliklərə yiyələnməyə çalışır. Sabahın gəncləri hərb tariximizin şanlı sərkərdələri, müharibə zamanı istifadə olunan silahlarla davranış qaydaları ilə tanış olurlar.
Rayon təhsil şöbəsinin tapşırığı ilə şagirdlərimizə müharibə regmində yaşayan bir ölkənin yetişməkdə olan gənclərinə hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində görüşlər, dəyirmi masalar, nümunəvi dərslər keçirildir.
Məktəblilərin hərbi- vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin keyfiyyəti artırılacaq, şagirdlərdə hərbi ixtisaslara marağı artırmaq üçün ardıcıl olaraq təbliğat işləri aparılacaqdır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib