Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
19-10-2017, 13:27 Oxunub: 1238

Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Oktyabrın 19-da Xırdalan şəhər 2 saylı tam orta məktəbin akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “ Narkomaniya ümumbəşəri bəladı” mövzusunda keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Toplantıda məktəbin direktoru Ədalət Camalova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib

Məktəbin müəllim və şagirdlərinin, Abşeron RİH-nin ,Abşeron RPİ-nin,Abşeron RTŞ-nın əməkdaşlarının,Abşeron rayon Gənclər və İdman idarəsinin,mətbuat nümayəndələrinin , həmçinin valideynlərin iştirak etdikləri tədbirdə narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirdi ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Abşeron rayon Polis idarəsinin rəis köməkçisi Mehman Nemətov çıxış edərək vurğulayıb ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.

Abşeron rayon YAP Gənclər Birliyinin sədri Elgün Hümbətov narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib. H.Mikayılov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıb ki, Rayon İcra Hakimiyyəti tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir

Rayon Polis idarəsinin narkotiklərlə mübarizə qrupunun inspektoru polis baş leytinatı Beyrək Nəsirov çıxış edərək qeyd edib ki, narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev ümumi kontekstdən geniş çıxış edərək gənc nəslin qarşılaşdığı ən dəhşətli bəla olan narkomaniyanın dəhşətli zərərlərindən və dövlətimizin bu bəlaya qarşı apardığı intensiv və şiddətli mübarizədən danışıb. O, çıxışında həmçinin gənc nəslin qəniminə çevrilən bu ümumbəşəri bəlaya qarşı dövlətimiz tərəfindən aparılan maarifləndirmə və önləmə tədbirlərindən, dövlətimizin həyata keçirtdiyi əməli işlərdən, həmçinin Abşeron Gənclər və İdman İdarəsinin üzərinə düşən işlərin icrasından danışıb. Abşeron rayonunda da rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədovanın da rəhbərliyi ilə dövlət başçısı möhtərəm cənab Prezidentin siyasətinə uyğun şəkildə rayonun gənclər siyasətində mühüm uğurlar əldə olunmuş və bu sahədə təqdirəlayiq işlər görülür. Ə.Əmirəliyev çıxışında bildirib ki‚ bütün ölkə daxilində olduğu kimi‚ Abşeron rayonunda da gənclər dövlət dəstəyini hiss etməkdədir..

Daha sonra məktəblilərin ifasında təşkil olunmuş “ Narkomaniyaya yox deyək ” adlı bədii kompozisiya və “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olunub.

Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb.

Şamo Əliyev

XƏBƏR LENTİ
Bu gün, 18:19 | Xırdalan bağçasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilibBu gün, 16:49 | İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilibBu gün, 16:40 | İradə Gülməmmədova Masazırda yolların vəziyətilə tanış olduBu gün, 15:37 | Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı veribBu gün, 14:43 | Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilibBu gün, 14:39 | Azərbaycan və FAO dörd yeni layihə reallaşdırmağı planlaşdırırBu gün, 12:39 | Azərbaycan AİB ilə əməkdaşlığı genişləndirirBu gün, 12:07 | Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edibBu gün, 11:59 | Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlərBu gün, 10:54 | Türkiyədə Kosmik Agentlik yaradılıbBu gün, 09:48 | Əşyalar interneti üçün peyklər şəbəkəsi yaradılırBu gün, 09:46 | iPhone-lara spamlar yollanırBu gün, 09:45 | Yeni akkumulyator smartfonlara "uzun ömür" verəcəkBu gün, 09:43 | Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcəkBu gün, 08:57 | Misirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilibDünən, 16:04 | Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunubDünən, 14:48 | İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibDünən, 14:44 | İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibDünən, 13:19 | Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi.Dünən, 13:13 | Avstraliya qərar verdi - Milli Kosmik Agentliyini yaradırDünən, 12:45 | Çavuşoğlu Azərbaycana səfər edəcəkDünən, 11:21 | Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir