Xırdalan şəhər 17 saylı körpələr evi- uşaq bağçasında 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda elmi, ədəbi, bədii musiqili tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə açan bağçanın müdiri Könül İbrahimova bu günün tarixi, xalqımımzın müstəqillik uğrunda şərəfli mübarizə yolu, qədim Azərbaycan dövlətlərinin bayraqları haqqında məlumat verib, körpə fidanların milli ruhda yetişməsi, onlarda dövlətçilik ideologiyası və siyasi təfəkkürün formalaşması baxımından belə tədbirlərin zəruriliyini vurğulayıb. K. İbrahimova bağçanın pedoqoji kollektivini və körpələri bu əlamətdar gün münasibətilə təbrik edərək əsas dövlət atributu olan müqəddəs bayrağımızı qorumağa çağırıb. Bağça müdiri həmçinin çıxışında vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin diplomatik uğurları və güclü, qüdrətli Azərbaycan ordusu sahəsində biz tezliklə işğal edilmiş torpaqlara qayıdacağıq və Azərbaycan bayrağını Şuşada, Xankəndidə dalğalanadıracağıq.
Bağçanın tərbiyəci müəllimi Kifayət Babayevanın və musiqi rəhbəri Sevda Qurbanovanın birgə təşkilatçılığı ilə hazırlanan bədii hissədə bağçanın fidanlarının ifasında ümummilli lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Dövlət Bayrağına, milli müstəqillik tarixinə həsr olunmuş şeirlər bədii qiraət olunub, mahnılar ifa olunub. Maraqlı ssenari, bir-birini əvəz edən rəngarəng şeir və musiqi nömrələri bağça uşaqlarının Vətən və bayraq sevgisinin, milli ruhunun, istedadlarının təzahürü kimi qarşılanıb.
Daha sonar bayram tədbirində çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov, Abşeron RİH-in başçısı İradə Gülməmmədovanın adından uşaqları və bağçanın pedoqoji kollektivini salamlayaraq bu əlamətdar gün münasibətilə təbrik edib.
S.Qasımov çıxışında uzun illər bundan öncə Şərqdə ilk dəfə olaraq qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı olan üçrəngli bayrağın bu gün eyni zamanda azad, müsitəqil Azərbaycan Respublikasının bayrağı olduğunu deyib. Özündə türkçülüyü, islamçılığı, müasirliyi əks etdirən və üzərində səkkizguşəli ulduz və ay şəkli həkk olunmuş üçrəngli bayrağımızın sovetlər birliyi dağılandan sonra yenidən Azərbaycan səmasında dalğalandığını qeyd edən icra rəsmisi bildirib ki, əzəmətli bayrağımız dalğalandıqca biz də qürurlanır və fəxr edirik ki, öz milli bayrağımız, azad, müstəqil dövlətimiz var.
Şamo Əliyev