14 noyabr 2017-ci il tarixdə Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında “Qızıl Payız “ məhsul bayramı keçirildi. İlk öncə tədbiri açıq elan edən 17 saylı körpələr-evi uşaq bağçasının müdiri Könül İbrahimova qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar dilədi. K.İbrahimova çıxışında məhsul bayramının ənənəvi olaraq 17 saylı körpələr-evi uşaq bağçasında yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, qeyd etdi ki, bolluq, gözəllik və rəngarəngliyi özündə ehtiva edən payız fəslinin balaca fidanların obrazlarında canlanması tədbirə daha gözəl rəng qatır.
Bayram tədbirində çıxış edən Abşeron rayonu İcra hakimiyyətinin əməkdaşı Samirə İsmayılzadə körpə balaları “Qızıl Payız “ məhsul bayramı münasibəti ilə təbrik etdi. S.Ismayilzadə son dövrdə rayonda Körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verdi.
Tədbirdə uşaqların ifasında rəngarəng bayram proqramı təqdim olundu. Uşaqlar azərbaycan və rus dillərində şeirlər söylədilər, mahnılar oxudular, maraqlı rəqslər və gimnastik nömrə nümayiş etdirdilər. Azərbaycan və rus dilində payız fəslinə aid səhnəciklər göstərdilər.
Uşaqların çıxışları valideynlər tərəfindən böyük rəğbətlə qarşılandı.
Şamo Əliyev