Noyabrın 14-də Xırdalan şəhər 26 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən “Qızıl payız” adlı bayram valideyn ,müəllim və qonaqların böyük marağına səbəb oldu.
Məktəbəhazırlıq qrupunda keçirilən bu bayram tədbirində uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyri, təsirləri haqqında məlumat verildi.
Maraqlı payız personajlari – Payız qızı, meyvələr, çiçəklər rəngarəng görünüşləriylə səhnəni bəzədilər. Balaca fidanların ifasında payız fəslini tərənnüm edən mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçildi.
Bu bayram bir daha uşaqlarda ana təbiətə qayğı və sevgi hisslərini aşılayaraq, onlarda doğma Azərbaycanın füsunkar təbiətinə məhəbbət və gücləndirilməsinə həsr edilmişdi.
Tədirdə bağçanın müdiri Nigar Səfərova çıxış edərək balacaların Payız bayramını təbrik etdi, onların bayram şənliyindəki çıxışlarını alqışlayaraq minnətdarlığını bildirdi.
Şamo Əliyev