Absheron Media
Haqqımızda Bizimlə əlaqə

15 nömrəli körpələr evi- uşaq bağçasında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Tarix:16-11-2017, 19:59

15 nömrəli körpələr evi- uşaq bağçasında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Bu gün Xırdalan şəhər 15 nömrəli körpələr evi- uşaq bağçasında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

Baxçanın zövqlə bəzədilmiş böyük zalında düzənlənmiş tədbir milli geyimli uşaqların dövlət himnimizi oxumaları ilə start götürüb.

Bağçanın müdiri Mətanət Novruzova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı. Sessiya muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı. Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız Dövlət Bayrağı kimi təsdiq olundu.

Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi olan həmin tarixi meydan hərakatından 28 il keçir. Bu qısa zaman kəsiyinə nəzər salsaq ölkəmizin qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevrilməsi təkzibedilməz faktdır. Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz qabağındadır. Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndərin gördüyü böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olundu. Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Prezident İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür, bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir.

Sonra səhnə azyaşlılara verilib. Əsasən vətənpərvərlik ruhunda hazırlanmış balacaların ifasında müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar alqışlarla qarşılanıb.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib