Abşeron rayon Xırdalan şəhər 23 nömrəli körpələr evi-uşaq bağçasında “Qızıl payız” adlı tədbir keçirilib Tədbirdə çıxış edən bağçanın müdiri Aybəniz Sadıxova Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın məktəbəqədər təhsilə göstərdiyi qayğı nəticəsində əldə edilən nailiyyətlərdən, körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən bəhs edib.
Bildirib ki, 23 №-li körpələr evi-uşaq bağçasında məktəbəqədər təhsillə yanaşı, uşaqların dünyagörüşlərinin, o cümlədən yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir, müsabiqələr elan edilir. Bu tədbir də körpə fidanların yaradıcılıqlarını, ictimai fəallıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.
Şənlikdə bağçanın müxtəlif yaş qruplarından olan uşaqların ifasında payız fəsili haqqında mahnı, rəqs və səhnəciklərdən ibarət nömrələrlər nümayiş olunub.
Şamo Əliyev