24 noyabr tarixində Xırdalan şəhər 25 saylı körpələr-evi uşaq bağçasında payız fəsilində ənənəvi olaraq “Məhsul Bayramı” münasibətilə tədbir keçirildi.
İlk öncə tədbiri açıq elan edən bağçanın müdiri Ofelya Mustafayeva qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar dilədi.
Daha sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirildi. Uşaqlar şeirlər söylədilər, mahnılar oxudular, maraqlı rəqslər və gimnastik nömrə nümayiş etdirdilər.
Bədii hissədən sonra çıxış edən İcra rəsmisi Seymur Qasımov uşaqları məhsul bayramı münasibəti ilə təbrik etdi, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzuladı. S.Qasımov ölkə rəhbərliyi tərəfindən respublikamızda məktəbəqədər təhsil sahəsində aparılan işlər və Abşeron rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, bağçanın pedaqoji kollektivinə uğurlar arzuladı.
Bayram şənliyində çıxış edən digər qonaqlar tədbirin təşkilatçıları Sevinc Əliyeva və Xəyalə Məmmədovaya təşəkkürünü bildirdi.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
Şamo Əliyev