2017-ci il noyabrın 24-də Xırdalan şəhər 27 nömrəli körpələr evi-uşaq bağçasının məktəbə hazırlıq qrupunda “Payız bayramı” adlı tədbir keçirildi.
İlk öncə tədbiri açıq elan edən bağçanın müdiri Samirə Məmmədova qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar dilədi.
Bayram tədbirində uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyri, təsirləri haqqında məlumat verildi.
Maraqlı payız personajlari – Payız qızı, meyvələr,çiçəklər rəngarəng görünüşləriylə səhnəni bəzədilər. Bayram şənliyində səsləndirilən şeirlər, çiçəklərin və meyvələrin rəqsi, balaca həkimin tövsiyəsi səhnədə gözəl harmoniya yaratdı. Payızla qışın görüşü, qış meşəsinin sərtliyi, soyuğu, uğultusunun səhnədə əksi böyük marağa səbəb oldu.
Şamo Əliyev