Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
28-11-2017, 15:27 Oxunub: 467

Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu



Abşeron rayon Xırdalan şəhər 24 nömrəli körpələr evi-uşaq bağçasında ilk məktəbəqədər təhsil müəssisəsinin yaradılmasının 110 illik yubileyi qeyd olunub.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti əməkdaşları, məktəbəqədər təhsil müəssisənin tərbiyəçiləri və digər qonaqlar iştirak ediblər.

Önçə qonaqlar uşaq bağçasının qrup otaqlarda olmuş və uşaqlar üçün yaradılmış şərait ilə tanış olublar.

Toplantını giriş sözü ilə açan bağçanın müdiri Leyla Bayramova qeyd edib ki, Azərbaycanda məktəbəqədər tərbiyə müəssisəsi ilk dəfə 1907-ci ildə Bakının Bayıl qəsəbəsində Alisa İvanovna Radçenko adlı bir qadın tərəfindən təşkil edilmişdir. “Dəcəllər məktəbi” adlanan bu uşaq bağçası ilə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin əsası qoyulmuşdur. A.İ. Radçenkonun “Dəcəllər məktəbi”ndə uşaqların fiziki, bədii, əxlaqi və əqli inkişafına xüsusi diqqət yetirilirdi. Məşğələlərdə oyundan, söhbət və nağıllardan, kitab oxumaqdan, gəzintilərdən geniş istifadə edilirdi. A.İ.Radçenko Bakıdan getdiyinə görə “Dəcəllər məktəbi” həmin ilin yazında bağlanmışdı.
L.Bayramova vurğulayıb ki, Növbəti bağça 1914-cü ildə Sumarokova Zinaida Alekseyevna adlı bir qadın tərəfindən açılmışdır. Sayca 3-cü bağça yenə də həmin illərdə Baranova tərəfindən, dördüncü Bakı şəhər xalq məktəbləri müdiriyyətinin qadın gimnaziyası nəzdində açılmış uşaq bağçası, beşinci isə Kələntərova tərəfindən açılan uşaq bağçası olmuşdur.
Bu sahədə Bakı qız gimnaziyası xüsusilə fərqlənirdi. Əsası 1874-cü ildə qoyulan Bakı qız gimnaziyasının məzunları dünyəvi təhsili yaymaqla bərabər yeniyeni uşaq bağçaları da açırdılar. Belə bağçalardan biri 1916-cı ildə Bakıda həmin gimnaziya yanında açılmışdır. Bu uşaq bağçası 4 yaşından 7 yaşına kimi 20 uşağı əhatə edirdi. Burada uşaqlara maraqlı hərəkətli oyunlar öyrədilir, idman məşğələləri keçirilir, əl işləri vərdişləri öyrədilirdi. Uşaqlar rəngli saplar ilə toxuma, rəngli kağızlardan kəsib yapışdırma, şəkillərin rənglənməsi ilə məşğul olur, rəngli kağız zolaqlarından “səbət” və “xalça” toxuyurdular. Burada uşaqlara hekayələr, nağıllar oxunur, kitablar üzrə müsahibələr keçirilirdi. Bu uşaq bağçasına yalnız varlı ailələrin uşaqları qəbul edilirdi.
Bildirilib ki, 1965-ci ildə ilk dəfə olaraq məktəbəqədər tərbiyə tarixində 2 aylıq - 7 yaş arası uşaqların təlim-tərbiyəsinin məzmununu müəyyən edən "Uşaq bağçalarının tərbiyə proqramı" hazırlandı. Proqramda müxtəlif yaş dövrlərində uşaqların mənimsəyəcəkləri bilik, bacarıq və vərdişlərin həcmi müəyyən edildi.
1969-cu ilin iyulunda ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə bütün sahələrdə olduğu kimi, təhsil, o cümlədən məktəbəqədər təhsil sahəsində də ciddi keyfiyyət dəyişikliklərinin əsası qoyuldu. Danılmaz həqiqətdir ki, məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə uşaq bağçalarının şəbəkəsinin təkmilləşdirilməsinə əlverişli şərait yaradıldı.
Bağçanın müdiri həmçinin çıxışında dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan, onların sağlam, gümrah, savadlı, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən də danışıb.

Sonda bağçada tərbiyə alan uşaqlar şeir, mahnı, rəqs və səhnəciklərlə qonaqlar qarşısında çıxış ediblər.

Şamo Əliyev

Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu

Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin yaradılmasının 110 illiyi qeyd olundu
XƏBƏR LENTİ
19:30 | Xırdalan bağçasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib 15:00 | Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi. 00:41 | Bakı Mühəndislik Universiteti yeni bir uğura imza atıb 23:38 | Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub. 23:12 | Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi 22:34 | Abşeronun məktəbəqədər təhsil müəssisələrində Heydər Əliyevin anım günü tədbirləri keçirilib. 20:35 | Abşeronda təhsil işçiləri Heydər Əliyevin anım gününü qeyd ediblər 20:00 | Heydər Əliyevin anım günü ilə əlaqədar Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib. 12:31 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib 12:17 | Mehdiabad məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar 09:40 | Xırdalan bağçasında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 00:15 | 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. 21:51 | Məleykə Abbaszadə Sumqayıtda Abşeron sakinlərini qəbul edəcək 21:39 | DTV- Aşağı Güzdək qəsəbəsində səyyar qəbul və bağça açılışı 16:43 | Abşeronda 29 saylı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO 15:28 | Abşeronda növbəti səyyar qəbul-görüş Aşağı Güzdək qəsəbəsində keçirildi 21:20 | Xırdalanda “Gənclik və Vətən” mövzusunda tədbir keçirilib 21:08 | Xırdalanda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub 20:43 | Mehdiabad qəsəbəsində valideynlərlə görüş keçirilib 19:59 | Digah bağçasının körpə fidanları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - Fotolar 19:20 | Abşeronda kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib 15:33 | Xırdalan şəhərində Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib