Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bağça müdirləri üçün "Məktəbəqədər müəssisələrlə bağlı son illərdə qəbul edilən sənədlər və onlardan irəli gələn məsələlər " mövzusunda seminar təşkil edib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri iştirak ediblər.
Dekabrın 6-da keçirilən seminarda bağça müdirlərinə Məktəbəqədər təhsilin məzmunu, Məktəbəqədər təhsilin idarə olunması, Məktəbəqədər təhsil proqramlarına qoyulan ümumi tələblər, kargüzarlıq, əmrlərin tərtibi, əmək müqavilələrinin bağlanma qaydaları, əmək və sosial məzuniyyət məsələləri ilə bağlı məlumatlar verilib.
Şamo Əliyev