Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirilib. Tədbirdə 27-30 noyabr tarixlərində elan olunmuş “Açıq qapı” günlərində dərslərdə iştirak etmiş valideynlərə məktəb rəhbərliyi görüşüb.
Görüşün keçirilməsində əsas məqsəd valideynləri tədris prosesinə cəlb etmək, onların məktəblərlə birgə işini təşkil etmək və ictimaiyyət arasında maarifləndirmə işini gücləndirmək olub.
Görüş zamanı valideynlər iştirak etdikləri dərsləri müzakirə edərək irad və təkliflər bildirib, dərsin daha səmərəli keçməsi üçün yeni fikirlər irəli sürüblər.
Məktəbin direktoru Elnurə Cavadzadə gələcəkdə belə görüşlərin tez-tez keçiriləcəyini vurğulayıb.