Xırdalan bağçasında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tarix:11-12-2017, 12:40
Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün isə Xırdalan şəhərindəki 15 nömrəli körpələr evi-uşaq bağçasında Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Tədbirə Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb.
Anım mərasimini giriş sözü ilə bağçanın müdiri Mətanət Novruzova açıb. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. M.Novruzova bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 14 il keçir. Ulu öndər Heydər Əliyevin mənalı həyatı və fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır. Bu zəngin siyasi irs daim öyrənilməli və öyrədilməlidir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra irimiqyaslı, möhtəşəm layihələr həyata vəsiqə alıb. Bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Elnarə Umayeva Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, müasir müstəqil dövlətimizin qurulmasında, tərəqqisində və dünyaya tanınmasında əvəzsiz rolundan bəhs edib. Dahi rəhbər Heydər Əliyevin Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdiyini diqqətə çatdıran E.Umayeva ölkəmizdə qazanılan nailiyyətlərin Ulu Öndərin siyasətinin bəhrəsi olduğunu xatırladıb.
Daha sonra anım tədbirində Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx və bağça uşaqlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.