Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə “Riyaziyyat elmlərin şahıdır” adlı bədii gecə keçirilib.
Tədbirdə təhsil şöbəsini əməkdaşları, riyaziyyatçılar, KİV nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Kəmalə Yusufova gələn qonaqları salamlayaraq, məktəbin uğurlarından bəhs edib.
Daha sonra şagirdlər riyaziyyat fənni haqqında hazırladıqları yumoristik səhnəcikləri nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.
Tədbirin sonunda riyaziyyatçı Mübariz Namazov şagirdlərə riyaziyyat fənnini əyləncəli və maraqlı şəkildə təqdim etdikləri üçün təşəkkür edib, onlara dərslərində uğurlar arzulayıb.