Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə şagirdlərlə tərbiyəvi mövzularda söhbətlər aparılıb.
Söhbətlərin keçirilməsində əsas məqsəd şagirdləri həyata və cəmiyyətə hazırlamaq, vətənpərvər ruhda tərbiyə etmək, onların hərtərəfli inkişafı, geniş dünyagörüşünə yiyələnmələrinə nail olmaqdır.
Söhbətlər zamanı şagirdlərlə boş vaxtın düzgün dəyərləndirilməsi, məktəb yoldaşları ilə dostluq münasibətin qurulması, internet resurslarından düzgün şəkildə istifadə, ehtiyacı olan insanlara kömək edilməsi və s. mövzularda ətraflı danışılıb, onları maraqlandıran suallara cavablar verilib.