Dekabrın 25-də Xırdalanın 25, Ceyranbatan 1və Novxanı 28 saylı körpələr-evi uşaq bağçalarında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilib. Xırdalan şəhər 25 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbirdə bağçanın müdiri Ofeliya Mustafayeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd olunmasında dahi rəhbər Heydər Əliyevin tarixi rolunu xatırladaraq, bu bayramın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulayan Abşeron RİH-in nümayəndəsi Samirə İsmayılzadə ümummilli liderin milli birliyə, həmrəyliyə daim böyük önəm verdiyini bildirərək, müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Daha sonra Şaxta baba və Qar qız maraqlı səhnəciklərlə, oyunlarla uşaqları şənləndiriblər. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər.
Ceyranbatan 1 saylı körpələr-evi uşaq bağçasında balaca fidanlar üçün təşkil edilən dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il şənliyində bağçanın müdiri Zülfiyə İsgəndərova tədbir iştirakçılarını 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.
Z.İsgəndərova ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi olan 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb və bu barədə ətraflı məlumat verib.
Abşeron RİH-in nümayəndəsi S.İsmayılzadə çıxışında qarşıdan gələn bayramlar münasibəti ilə müəllim və tələbələri təbrik edib, hər iki bayram barədə geniş danışıb.
Şaxta baba və qarqızın müşaiyəti ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şerləri və mahınları səsləndirilib, əlvan yolka ətrafında yeni il musiqilərinin sədaları ilə dövrə vurulub, bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş edilib.
Novxanı 28 saylı körpələr-evi uşaq bağçasında keçirilən Yeni il şənliyində bağçanın müdiri Səfa İbrahimova çıxış edərək balaca fidanları bayram münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimizin adı ilə bağlıdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşı S.İsmayılzadə çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Abşeronda sosial-iqtisadi sahələrdə görülən işlərdən, əldə edilən uğurlardan danışıb, tədbir iştirakçılarını və bütün Abşeronluları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Daha sonra balaca fidanların hazırladıqları müxtəlif rəqs nömrələri, Yeni ilə həsr olunmuş şeirlər, bir neçə xalq nağılı əsasında hazırlanmış səhnəciklər şənliyə xoş ovqat qatıb.
Xırdalan şəhər 25 saylı körpələr evi-uşaq bağçası Ceyranbatan 1 saylı körpələr-evi uşaq bağçası Novxanı 28 saylı körpələr-evi uşaq bağçası