Xırdalan şəhər 2 saylı uşaq bağçasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.
Əvvəlcə dövlət himni səslənib və şənliyi giriş sözü ilə açan bağçanın müdiri Fidan Tağıyeva balaca fidanları və valideyinləri salamlayaraq uşaqlara can sağlığı, gələcək təhsillərində müvəffəqiyətlər arzulayıb.
Hazırlanan bayram şənliyi böyük coşqu ilə davam etdirilib və Yeni İlə həsr olunmuş mahnılar oxunub, şerlər söylənilib, göstərilən səhnəciklər və edilən rəqslər qonaqların böyük marağına səbəb olub.
Tədbirdə “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlayıb, onlara 2018-ci ildə can sağlığı arzulayaraq, bayramlarını təbrik edib.