Xırdalan şəhər 2 saylı tam orta məktəbdə “Riyaziyyat aylığı” çərçivəsində 3-cü siniflərin Riyaziyyat gecəsi keçirilib.
Tədbirdə təhsil şöbəsini əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində riyaziyyat tarixinə həsr olunmuş guşə ilə tanış olublar.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Ədalət Camalova gələn qonaqları salamlayaraq, məktəbin uğurlarından bəhs edib.
Daha sonra şagirdlərin hazırladıqları bədii gecə başlayıb. Şagirdlər yumoristik riyazi səhnəciklər, mahnılar, görkəmli riyaziyyatçılar haqqında maraqlı məlumatlarla çıxış ediblər.
Sonda çıxış edən təhsil şöbəsinin metodistləri tədbirin təşkilinə görə fənn müəllimlərinə və şagirdlərə təşəkkür edərək, bu kimi tədbirlərin şagirdlərin təlim-tərbiyəsindəki önəmindən söz açıblar.