Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Orta məktəblərdə İKT-nin rolu

Tarix:5-01-2018, 22:31

Orta məktəblərdə İKT-nin rolu


İKT-nin tətbiqi ilə əlaqədar yeni bacarıqların formalaşması haqqında müzakirələr aparır, şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılmasına çalışıram. Bir informatika müəllimi kimi düşünürəm ki, kompüter biliklərinin əsası məhz orta məktəbdə, ibtidai təhsildə qoyularsa, daha yaxşı nailiyyətlər əldə edə bilərik. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı sayılırdısa, indi artıq bu ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir. İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil, o həm də məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır, uşaqları yeni biliklər qazanmağa sövq edir. Biliyə həvəsin kökündə isə həyati maraq dayanır. Şagird fikirləşir: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm? Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlər barədə qərarın qəbul edilməsi arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi onda təhsilini davam etdirməyə həvəs yaranır.

Şagirdlərin fasiləsiz təhsilə yolu isə müəllimlərin fasiləsiz təhsilindən keçir.

İKT-nin məktəb praktikasında istifadəsi ilə əlaqədar olaraq müəllimin rolu dəyişmişdir. İndi müəllimin rolu şagirdlərə informasiyanın ötürülməsi ilə məhdudlaşmır. O, uşaqlarda tənqidi və yaradıcı təfəkkürü dəstəkləyir və stimullaşdırır, kompüter savadının inkişafına kömək edir, onlarda birgə fəaliyyət bacarığı tərbiyə edir, onlara effektiv ünsiyyət qurmağı və müxtəlif vəziyyətlərdə uğurla hərəkət etməyi öyrədir. Müəllimlərin, şagirdlərin öyrənmə tələbatlarını ödəmək üçün təlim metodları müasir dövrün tələblərinə uyğunluğu nöqteyi-nəzərindən yenidən nəzərdən keçirilir. Onlayn test sistemi müəllimə şagirdlərin bilik səviyyəsini adekvat qiymətləndirməyə kömək edir. İKT-nin tədris prosesinə tətbiqi ilə ənənəvi tədris resurslarının bir hissəsinə artıq ehtiyac qalmır və onlar yavaş-yavaş dövriyyədən çıxır.

Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-dən istifadənin onlarda özünə inamı və fənnə marağı artırdığını sübut edir.

Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından və müəllimdən utanaraq cavab verməkdən imtina edir və bununla da daha passiv vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq maşından çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur və nəticədə özünə inamı artır.

İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng və formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video və ya animasiyalar formasında olan tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır. Orta məktəbdən başlayaraq şagirdlərin müxtəlif fənlərə olan maraqlarını artırmaq, məlumatı tez və effektiv mənimsəmələri üçün informatika və digər fənn müəllimləri hər hansı ümumi mövzunu iki və bəzi hallarda üç fənni birgə - inteqrativ dərs formasında keçmələri məqsədəuyğundur. Şagirdlərin biliklərinin dərinləşdirilməsində informatika və informasiya texnologiyaları fənninin digər fənlərlə əlaqəli tədrisi çox böyük imkanlara malikdir. Bunun üçün ayrı-ayrı siniflərin fənlər üzrə proqram və dərslikləri hazırlanarkən həmin sinfin informatika və informasiya texnologiyaları fənni nəzərə alınır, bu proqramlarda inteqrativ dərslər üçün saatlar ayrılır. Müəllimlər fənlərarası əlaqə probleminə lazımi qədər əhəmiyyət verməlidir. Təcrübəmdən görürəm ki, öz fənni ilə yanaşı, digər yaxın fənləri də müəyyən səviyyədə bilən müəllimlərin təlim nailiyyətləri daha yüksək olur. Bunun əsas səbəbi isə həmin müəllimlərin öz dərslərini sanki bir neçə fənn müəllimi kimi tədris etməsidir.

İnformasiya və kommunikasiya texnologiyaları orta məktəb kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur. İKT-nin informatika fənninin tədrisində tətbiq olunmasına xüsusi maraq vardır. Orta məktəblərdə informatikanın tədrisi zamanı kompüter texnologiyalarından istifadə olunması belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm materialın öyrədilməsi, həm də şagird nailiyyətlərinin qiymətləndirilməsi mərhələsində sistematik olaraq istifadə olunsun. Kompüter və proyektordan istifadə edilərək sinfin fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular və s. şəkildə soruşula, problemin nədən ibarət olması, onun ətrafında tədqiqatların aparılması, hər bir şagirdin problem ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə münasibəti, ümumiləşdirmə və izahat isə slaydlar vasitəsilə həyata keçirilə bilər. Müasir kompüterlər orta məktəbdə xüsusi öyrədici proqramların hazırlanmasında, şagirdlərin bilik və bacarıqlarının yoxlanılması prosesində, onların yaradıcılığı başa düşmək üçün kompüter modellərinin hazırlanmasında, tədris prosesinin təşkilində, tətbiqi məsələlərin həll olunmasında, dərs vəsaitlərinin hazırlanmasında, ev tapşırıqlarının verilməsində (məsələn, İnternetdən istifadə edib müxtəlif nəzəri məlumatların, təqdimatların hazırlanmasında və s.), interaktiv elektron dərsliklərin hazırlanmasında istifadə oluna bilər.

İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. İKT kursuna mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video konfrans, İnternet, informasiya sistemləri və s. daxildir və onların öyrənilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.
Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda "İnformatika" kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya-kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır. Bu işdə informatika müəllimlərinin üzərinə daha çox məsuliyyət düşür. Mən dərs prosesində yuxarıda göstərdiklərimi nəzərə almağa çalışıram.

Dilarə Əlisultanova
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin informatika müəllimi


Orta məktəblərdə İKT-nin rolu
Orta məktəblərdə İKT-nin rolu
Orta məktəblərdə İKT-nin rolu

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib