Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
27-12-2017, 11:00 Oxunub: 350

“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib



Təməlini 2006-cı ilin 12 sentyabrında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qoyduğu Xırdalan şəhərinin 9 saylı tam orta məktəbinin müəllimi Kəmalə Fərəcovanın əsasən ibtidai siniflərin şagirdlərinin iştirakı ilə hazırladığı möhtəşəm bayram tədbirinin şəhərimizin Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinə təqdimatı hərkəsin zövqünü oxşamaqla yaddaşlarda silinməz izlər qoydu.

Balaca Zəhra bayramsayağı bəzədilmiş səhnəyə çıxıb qonaqlara müraciətlə dedi:

- Salam əziz və hörmətli qonaqlar! Təqvimimizdə qırmızı rənglə yazılmış bir tarix var: 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Bu bayram dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə çevrilmişdir. Biz də hər il bu bayramı böyük təntənə ilə qeyd edirik. Bu gözəl məkanda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və yeni il bayramına həsr olunmuş tədbirimizdə hər birinizi salamlayırıq.

SSRİ-nin süqutunun son dönəmində azərbaycanlıların Arazın hər iki sahilində yürüşü, tikanlı məftillərin qırılıb-dağılması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünyaya nümayiş etdirdi.
Azərbaycanlıların ruhən birləşdiyi, xalqın birliyə, həmrəyliyə səs verdiyi o günü isə böyük azərbaycanlı Heydər Əliyev tarixə çevirdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu birliyin bizə firavan, xoşbəxt, zəngin bir həyata yol açacağını görən mənfur düşmənlərimiz, torpaqlarımızda, Tanrının bizə bəxş etdiyi sərvətlərimizdə gözü olanlar rahatlıq tapmayaraq fəaliyyətə başladılar. Daim sülh istəyən, qonaqpərvər, tolerantlıq hissləri ilə yaşayan xalqımıza məhfur düşmənlərimiz təcavüz etməyə başladılar. Vətənimizi parçalayaraq istəklərinə nail olmaq üçün çox çalışdılar. Amma buna nail ola bilmədilər. Çünki “Xalq Heydər çağırır, Heydər xalqım deyirdi”. Bu şüarın altında birləşərək bir yumruqla bir hədəfə vurduq.

Dədə Qorqud (Qaçay) səhnəyə çıxır:

Bəli, mənim fidanlarım, keçmişinizi bu cür gözəl bildiyiniz üçün əminəm ki, gələcəyinizi də aydın görə biləcəksiniz. Doğrudan da, bütün xoşniyyətli, gözəl tədbirlərimizi nə vaxt keçirsək onun içində hər bir azərbaycanlını kövrəldən acı kədərdə olur. Amma keçmişimizi, kədərli anlarımızı, xatırlamadan gələcəyə addımlamaq çətin olardı. Biz əminik ki, bizi gələcəyə aparan sükan etibarlı əllərdədir.

“Xarı Bülbül” oxunur.

Bu kimin səsidir uşaqlar?

Oxuyan mənəm. Adım Natəvandır, amma hamı məni Xarı Bülbül deyə çağırır. Nənəm deyir ki, sən Şuşanın gözəli Xarı Bülbülə bənzəyirsən.

Nənən düz deyir. Bəs sən Xarı Bülbülü görmüsən?

Yox, Dədə. Nənəm deyir ki, darıxma, tezliklə, Şuşaya dönəcəyik. Onda sən də bülbülə oxşayan o çiçəyi görəcəksən.

Natəvan, sən bilirsən kimin adını yaşadırsan,

Bilmirəm, Dədə.

Gəl, onda sənə Xan qızı Natəvandan danışım...

Nərmin yurdumuzu şeir misraları ilə vəsv edir:

- Azərbaycan - doğma elim,
Sənsən mənim tək sevgilim.
Düşmənlərə sinə gərib,
Gözlərinin yaşın silim.

Fəxr edirəm səninlə mən,
Qoy rədd olsun yağı düşmən.
Qorxmamışam, qorxmayacam,
O qaniçən düşmənimdən.

Mirzəxan mikrafona yaxınlaşır:

- Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,
Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.

Vahid Vətən himnimizdi şəhidlərin axan qanı,
Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.
Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız.

Nihadın:

- Bayraqları bayraq edən üstündəki qandır, Torpaq-uğrunda ölən varsa Vətəndir.

- monoloqundan sonra səhnəyə üçrəngli bayrağımız gətirilir:

Şəms bayrağa müraciətlə:

Görüm heç enməyəsən,
Düşmənə yenməyəsən.
Tanrıdan dönməyəsən,
Sənlə yaşar torpağım,
Ay-ulduzlu bayrağım!

Şan-şöhrətsən sən bizə,
Məhəbbətsən sən bizə.
Dəyanətsən sən bizə,
Hər məqamda dayağımız,
Ay-ulduzlu bayrağımız.

Leyla da şeir misraları söyləyir:

Başın uca, alovun al,
Atəşin var, Azərbaycan!
Göy Xəzərə məğrur qartal,
Baxışın var, Azərbaycan!

Güclü qolla, biləklərlə,
Çox vuruşdun pələnglərlə.
Hələ neçə nəhənglərlə,
Yarışın var, Azərbaycan!

Məktəbin müəllimi - Hicran Nağıyevanın aşağıdakı şeirini Uğur söyləyir:

- Ata babaların əzəl sirdaşı,
Sən ey mavi gözlü könül dünyası.
Qanadındır ağ ləpələr, ləpələr,
Şairlər tək aşıb-coşasan, Xəzər.

İzlərini mirvaritək düzənsən,
İnsanların duyğusunu bilənsən.
Şirin-şirin pıçıldayıb gecələr,
Muğam dünyasının ilkisən, Xəzər.

Dağüstü parkıma nəzər salıb sən,
Ana fəryadının şahidisən sən.
Qorxurdum xalqımın ahnaləsindən,
Suların quruya, çəkilə, Xəzər.

Bəlkə sənin harayınla, tufanınla,
Düşmənimi dalğalarda boğa-boğa.
Rahat edib şəhidlərin ruhunu sən,
Himnimizi sən coşduran Xəzərimsən.

Aylin Ulu Öndərə həsr olunmuş şeiri söyləyir:

- Bir oğul böyüdü Azərbaycanda,
O tayın, bu tayın oldu vüqarı.
Coşdu Vətən eşqi damarda, qanda,
Özünə qayıtdı Odlar diyarı,
O tayın, bu tayın oldu vüqarı.

Bir oğul böyüdü Azərbaycanda,
Günbəgün ucaldı elin gözündə.
Çətin yollar keçdi çəndə, dumanda,
Bir tarix yarandı onun izində,
Günbəgün ucaldı elin gözündə.

Bir oğul böyüdü Azərbaycanda,
Adı Heydər, hikmət əhli Əlisoy.
Onu gəzən tapar Nəqşi-cahanda,
Adı Heydər, hikmət əhli Əlisoy.

Şeirin ardını Zəhra tamamlayır:

- Gəlişilə qurtulubdu bu Vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad-sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.

Nihad davam edir:

- Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə, ulu bir öndər.

Zəhmətlə dirçəltdi doğma yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir öz rəhbərlik borcunu,
Ulu bir sərkərdə, ulu bir öndər

Ardını Çingiz söyləyir:

Bu idi məqsədi, Vətən ucalsın,
Oğulları düşmənlərə dağ olsun.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər!

Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb murada yetdi.
Qoymadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər!

Şeiri Cahid tamamlayır:

Həmrəyliyin bayramıdır, Gülümsəyir aydın səma.
Ürəyimiz güllər kimi, Açılıbdır, Ulu öndər.
Ulu öndər, arzuların,Göz oxşayan bir gülüstan.
Günəş kimi şəfəq saçır, İndi azad Azərbaycan.

Dədə Qorqudun (Vahid) nəsihət maraqla dinlənilir:

Dərdinizi açmayın siz namərd kəsə,
Mərd əl tutar, yıxılsanız namərd kəsər.
Ucalardan uca tutun bu öyüdü,
İgidlərə halal olsun ana südü.

Yaxşı bilin özünüzün, sözünüzün qiymətini!
Özünüzdən uca tutun el-obanın qeyrətini!

Cavid “Azərbaycan” şeirini ucadan səsləndirir:

Qan ağladın sən neçə il,
Köçdü bülbül, saraldı gül.
Daha bəsdir, gözünü sil,
Gülüşün var, Azərbaycan!

Daş-torpağın, suyun vardır,
Yolun-izin şaxta-qardır.
Fəqət nə qəm, daim nurlu,
Günəşin var, Azərbaycan!

Bu günəşin adı Heydər,
O, gur yanır axşam-səhər.
Qarabağa bir son zəfər,
Yürüşün var, Azərbaycan!

Ruslan əsgər paltarında səhnəyə çıxmış dostlarına xitabən:

Sizədir ellərin, sizə ümidi,
Türk-oğuz balası, mərdi, igidi!
Bildirin yağıya, tanıdın həddi,
İrəli, Vətənin qorxmaz əsgəri,
Xalqın vuran əli, ərəni-əri!

Uşaqların çıxışları Ulu Öndərə, Vətənə, xoşbəxt gələcəyə həsr olunan şeirlər, mahnılar, şən rəqslərlə davam edir.

Möhtəşəm tədbirin sonunda məktəbin direktoru Həcər xanım İbrahimova ssenari müəllifi Kəmalə Fərəcovaya, eləcə də şagirdlərə gözəl çıxışlarına görə təşəkkürünü bildirdi.

Rayon təhsil şöbəsinin müdiri Nazilə xanım Məmmədova böyük zəhmət və sonsuz sevgi ilə təqdim etdikləri tədbirdən son dərəcə məmnun qaldığını bildirdi və bütün iştirakçıları təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.

K.Fərəcova


“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib
XƏBƏR LENTİ
20:51 | Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı 17:23 | “Riyaziyyat və informatika fənn aylığı”nın yekununa həsr olunmuş konfrans keçirilib 18:27 | Xırdalanın 1 saylı uşaq bağçasında 'açıq məşğələ' keçirilib 18:04 | İlham Əliyev: Xırdalan şəhərində müasir xəstəxananın tikintisi davam etdiriləcək 22:22 | Prezident İlham Əliyev: "Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır" 22:00 | Abşeron idmançıları Türkiyədən 7 medalla qayıdıb 17:22 | Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi 16:01 | "Şifahi xalq ədəbiyyatı söz xəzinəsidir" adlı tədbir 13:10 | Abşeronlu gənclər hərbi xidmətə yola salınıb 15:31 | 20 Yanvar faciəsinə həsr olunmuş açıq məşğələ 19:31 | Orta məktəblərdə İKT-nin rolu 13:12 | Abşeronda sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib 20:46 | Güzdək məktəbində Həmrəylik Günüvə Yeni il münasibəti ilə tədbir keçirilib 18:49 | Xırdalan məktəbində “Riyaziyyat gecəsi” keçirilib. 18:12 | Xırdalan bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bayram şənliyi keçirildi. 17:59 | 24 saylı bağçada Həmrəylik günü və yeni il tədbiri keçirildi 17:35 | Xırdalan 2 saylı uşaq bağçasında Yeni il şənliyi keçrilib 17:17 | Şagirdlərlə İlham Zəkiyevin görüşü keçirilib 17:08 | Abşeronda əlillər üçün bayram süfrəsi açılıb 16:41 | Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib 14:36 | Xırdalan 2 saylı məktəbdə Riyaziyyat gecəsi keçirilib 21:11 | Abşeronda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub