Fatmayi kənd 8 saylı uşaq bağçasının körpə fidanları 18 yanvar 2018 ci il tarixində Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.
Bağçanın fidanları Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları xatirəsinə inşa edilmiş kompleksin qarşısında dayanaraq, bağçanın tərbiyəçisinin 20 yanvar azadlıq günü haqqında verdiyi geniş məlumatı dinlədilər.
Sonra uşaqlar azadlıq gününə həsr edilmiş şerlər ,bayatılar və mübarizliyə çağıran müxtəlif şüarlar səsləndiriblər.
Sonda bağçanın balaca sakinləri şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinə qərənfilər düzüblərr.
Şamo Əliyev