Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
14-02-2018, 11:58 Oxunub: 480

Ən azı 3 il elmi vəzifədə işləyənlər güzəştli mənzil ala biləcəklər

Ən azı 3 il elmi vəzifədə işləyənlər güzəştli mənzil ala biləcəklər


Azərbaycan Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, ölkə başçısının bu fərmanını icra etmək məqsədilə ötən müddət ərzində agentlik tərəfindən “Güzəştli mənzil” sistemində zəruri dəyişikliklər aparılıb, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib, habelə, aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.

Nazirlər Kabineti tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının 14.06.2016-cı il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib. Bu siyahıda göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər.

Həmin şəxslər tərəfindən təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə www.mida.gov.az və www.mida.az internet-saytlarının ana səhifəsində “Tələb olunan sənədlər” bölməsində tanış olmaq mümkündür.

Nazirlər Kabineti tərəfindən təqdim edilmiş siyahıya daxil olan elmi müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə 14.02.2018-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək müraciət edə bilərlər.

Eyni zamanda, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq xidmətin göstərilməsi də davam etdiriləcək.

“Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olacaq elmi işçilər daha öncə elektron kabinetə sahib omuş digər şəxslərlə bərabər hüquqlara malik olacaqlar.
XƏBƏR LENTİ
19-10-2018, 16:31 | İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdib19-10-2018, 15:58 | Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib19-10-2018, 15:51 | Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edib19-10-2018, 15:47 | Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib18-10-2018, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.18-10-2018, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib18-10-2018, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib18-10-2018, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək18-10-2018, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"18-10-2018, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilər18-10-2018, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib18-10-2018, 11:37 | Android-li ən kiçik smartfon təqdim olundu18-10-2018, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib18-10-2018, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib