Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb

Tarix:18-02-2018, 14:49

Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ölkənin magistral yollarına yaxın ərazilərdə yaşayan vətəndaşlarla silsilə görüşləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Absheronxeber-ə bildiriblər ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan növbəti tədbir Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti Alayının (YPXA) 1-ci taqımının təşkilatçılığı ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə şagird, müəllim, icra nümayəndəliyinin məsul əməkdaşları və jurnalistlərin iştirakı ilə təşkil edilib.

YPXA-nın 1-ci taqımının komandiri, polis mayoru Ürfət Şükürov görüşdə çıxış edərək baş verən piyadavurmaların ciddi narahatlıq doğurduğunu və belə görüşlərin keçirilməsinin yol qəzalarının qarşısının alınması məqsədi daşıdığını diqqətə çatdırıb, baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyənləşdirilən yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalıdırlar. Buna görə də hər kəs vətəndaşlıq mövqeyi sərgiləyərək ailədə, məktəbdə, iş yerlərində bununla bağlı fərdi söhbətlər aparmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, polis polkovnik-leytenantı İsa Deyistani və polis leytenantı Turan Daşdəmirova yol qəzalarının qarşısının alınması məqsədilə DİN-in rəhbərliyi tərəfindən respublika üzrə belə görüşlərin keçirilməsi barədə göstəriş verildiyini xatırladaraq, başlıca məqsədin vətəndaşları, xüsusən də şagirdləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaq olduğunu diqqətə çatdırıblar.

Məktəbin direktoru Çinarə Atayeva yol polisləri ilə keçirilən bu görüşün şagirdlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, məktəbdə yol hərəkəti qaydaları ilə bağlı ilkin biliklərin tədris edildiyini vurğulayaraq, hamını, xüsusilə şagirdləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə səsləyib və müəllimlərin bu işdə fəal olmasının vacibliyini qeyd edib.

Digər çıxışlarda polisin keçirdiyi maarifləndirmə tədbirlərinin ictimaiyyət tərəfindən təqdirlə qarşılandığı bildirilib.

Sonda polis əməkdaşları şagirdlərə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çap olunmuş “Yol hərəkəti qaydaları əlifbası” adlı kitabça paylayıblar.

Şamo Əliyev

Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb
Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb
Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb
Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb
Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb
Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb
Abşeronda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şagirdlərlə görüşüb

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib