Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Almaniyalı alimlər azərbaycanlı tələbələrin Ecoshell Marafonda təmsil olunmasını təklif ediblər

Tarix:13-03-2018, 18:02

Almaniyalı alimlər azərbaycanlı tələbələrin Ecoshell Marafonda təmsil olunmasını təklif ediblər


Ölkəmizdə səfərdə olan Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

AzTU-dan bildirilib ki, görüşdə prorektor İlham Pirməmmədov təmsil olunduğu ali məktəbin Almaniyanın universitetləri ilə əməkdaşlığından danışıb. Prorektor AzTU-nun Almaniyanın bir neçə universiteti ilə birbaşa, bir neçə universiteti ilə müxtəlif layihələr çərçivəsində əlaqələrinin mövcud olduğunu söyləyib.

AzTU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən professor Silvo Simon və professor Peter Biegel “ERASMUS+” layihəsi çərçivəsində BTU-da son illər həyata keçirilən elmi-texniki yeniliklər haqqında görüş iştirakçılarına məlumat veriblər. Bundan əlavə, görüşdə iki universitet arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub. Qonaqlar AzTU-nun nəqliyyat və maşınqayırma fakültələrinin tələbələrindən ibarət komandanın “Ecoshell Marafon” beynəlxalq yarışmasında təmsil olunmasını təklif ediblər. Bildirilib ki, bununla bağlı BTU azərbaycanlı tərəfdaşlarına hər cür dəstək göstərməyə hazırdır.

“Ecoshell Marafon” beynəlxalq yarışması tələbələrin özləri tərəfindən hazırlanan avtomobillərin yarışmasıdır. Burada tələbələrin texniki-praktik biliklərə yiyələnməsi ilə yanaşı, həm də innovativ texnologiyanın formalaşdırılması üçün əlverişli mühit yaradılır.

Qeyd edək ki, almaniyalı alimlər martın 16-dək AzTU-da müxtəlif seminarlara, müzakirələrə və görüşlərə qatılacaq, fakültə və kafedralarla tanış olacaqlar. Həmçinin almaniyalı elm adamlarının ölkəmizin görməli yerlərinə gəzintisi, həmçinin zavod və müəssisələrə səfərləri də təşkil olunacaq.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib