Tədbirdə balaca fidanlar boyanmış yumurta döyüşdürüb, bayram payı yığmaq üçün papaq atıblar.
Bağçanın müdirəsi Gülnarə Paşayeva tədbiri açıq elan edərək, qonaqları və fidanları salamlayıb, qarşıdan gələn bayram müasibəti ilə ən səmimi arzularını çatdırıb. Uşaqlara “Novruz bayramı”nın adət-ənənələri barədə məlumat verib.
Şənlikdə azyaşlılar “Novruz bayramı” na , yazın və baharın gəlişinə, keçəl ilə kosaya aid şeirlər söyləyib. Uşaqların rəngarəng rəqsləri maraqla izlənib. Uşaqlar Dədə Qorduq və Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər.
Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.
Şamo Əliyev