Hər il olduğu kimi bu ilində Dekabr ayının son 10 günlüyü uşaqlar üçün sevinc, bayram günləridir.Çünki, bu ayın sonu azərbaycanlılar iki bayramı-"Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəylik Gününü" qeyd edirlər.
Elə bu səbəblə 20 Dekabr 2013-cü il tarixdə Xırdalan şəhər 17№-li körpələr evi-uşaq bağçasında balaca fidanlar "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" bayramını keçirdilər.31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Xırdalan 17№-li körpələr evi-uşaq bağçasının uşaqlarıda bu bayramın azərbaycanlılar üçün nə qədər vacib olduğunu anlayır və öz tədbirləri ilə bizə çatdırmağa çalışdılar.Onlar bunu uğurla həyata keçirdilər.Uşaqların ifasında şeirlər, musiqi nömrələri, səhnəciklər qonaqları valeh etdi.Hər kəs balacaları həvəslə seyr edir, könüldən alqışlayırdılar.