Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sənədlərin qəbulu aprelin 1-dən 30-dək həyata keçiriləcək.
Qəbul qaydaları ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından əldə etmək olar.